ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında bir müddət öncə imzalanan bacarıqların artırılmasının dəstəklənməsinə dair Anlaşma Memorandumunun icrası və digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.