LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Antalyanın Alanya rayonundakı Syedra antik şəhərində aparılan qazıntılarda təxminən 1800 yaşı olan ‘Zəfər ilahəsi’ heykəli tapılıb. ‘Zəfər ilahəsi’ heykəli səthin 3 metr dərinliyində tapılıb.
Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsi Qazıntı və Tədqiqat İdarəsinin sosial media hesabından edilən açıqlamada 75 santimetr hündürlüyündə eramızın 2-ci əsrinə aid Nike (Zəfər ilahəsi) heykəli Antik Alanya-Syedra şəhərində apardığımız qazıntılar zamanı üzə çıxarılıb: “Şəhərdə qazıntı və bərpa işlərimiz getdikcə daha çox davam edəcək”.
Bildirilib ki, tarixi əsər təmir işlərindən sonra sərgilənmək üçün Alanya Arxeologiya Muzeyinə aparılacaq.