Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Aqrar Sığorta Fondu şaxtavurma zərərlərinə görə 915 min manat ödəniş həyata keçirib  
  • Ölkə

Aqrar Sığorta Fondu şaxtavurma zərərlərinə görə 915 min manat ödəniş həyata keçirib  

LIVE PRESS 22/01/2026 3 minutes read
aqrar-sigorta-fondu-saxtavurma-zərərlərinə-gorə-915-min-manat-odənis-həyata-kecirib  

Aqrar Sığorta Fondu şaxtavurma zərərlərinə görə 915 min manat ödəniş həyata keçirib  

Son günlər ölkənin müxtəlif ərazilərində müşahidə edilən qeyri-sabit hava şəraiti – qar yağıntısı, şaxtavurma və donvurma halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsir edir. Aqrar Sığorta Fondu müşahidə olunan qeyri-sabit hava şəraitində fermerləri öz əkin sahələrini, xüsusilə də meyvə bağlarını şaxtadan və qar yağmasından sığortalamağa çağırır. Eyni zamanda Fond əkinlərini sığortalamış fermerləri öz bağlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə fonda vaxtında müraciət etməyə dəvət edir.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən şaxtavurma (donvurma) və normadan artıq qar yağması riskindən də sığortalayır.

Bu hadisələr nəticəsində əkin sahəsinə dəymiş zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.

Artıq şaxtavurma riski üzrə fermerlərə ödənişlər də başlayıb və sürətlə artmaqdadır. Belə ki, İndiyədək Aqrar Sığorta Fondu tərəfindən şaxtavurma (donvurma) hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib.

Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon, naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyata keçirilib.

Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il sürətlə artmaqdadır. 2023-cü ildə şaxtavurma (donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib.

Hazırda Aqrar Sığorta Fondu 41 bitki növü və bitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir.

Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel və subasma, normadan artıq qar yağıntıları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir. Sığorta haqqının 50 faizini isə fermerin yerinə dövlət ödəyir.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq
Next: Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

Related Stories

misir-trampin-sulh-surasina-qosulmaq-ucun-dəvəti-qəbul-etdi  
  • Ölkə

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

LIVE PRESS 22/01/2026 0
azərbaycanla-misir-arasinda-dini-sahədə-əlaqələrin-genisləndirilməsi-məsələləri-muzakirə-edilib  
  • Ölkə

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

LIVE PRESS 22/01/2026 0
tramp:-sulh-surasi-indiyə-qədər-yaradilmis-ən-nufuzlu-sura-olacaq
  • Ölkə

Tramp: Sülh Şurası indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq

LIVE PRESS 22/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?
  • Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək
  • Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  
  • Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı
  • Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli? elon-musk-alqoritmi-izah-etdi:-x-də-viral-olmaq-ucun-nə-etməli? 1
  • Texnologiya

Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?

22/01/2026 0
Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək reklam-sirkətləri-hərəkətə-kecdi.-chatgpt-sohbətlərdə-reklam-edəcək 2
  • Texnologiya

Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək

22/01/2026 0
Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi   misir-trampin-sulh-surasina-qosulmaq-ucun-dəvəti-qəbul-etdi   3
  • Ölkə

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

22/01/2026 0
Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı bir-həftə-yox-idi,-9-ay-kosmosda-qapali-qaldi.-rekord-qiran-astronavt-təqaudə-cixdi 4
  • Texnologiya

Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı

22/01/2026 0
Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb yaddas-bohrani-genislənir:-ssd,-gpu-və-sərt-disklər-də-bahalasib 5
  • Texnologiya

Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb

22/01/2026 0

Bir daha bax

elon-musk-alqoritmi-izah-etdi:-x-də-viral-olmaq-ucun-nə-etməli?
  • Texnologiya

Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?

Jurnalist 22/01/2026 0
reklam-sirkətləri-hərəkətə-kecdi.-chatgpt-sohbətlərdə-reklam-edəcək
  • Texnologiya

Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək

Jurnalist 22/01/2026 0
misir-trampin-sulh-surasina-qosulmaq-ucun-dəvəti-qəbul-etdi  
  • Ölkə

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

LIVE PRESS 22/01/2026 0
bir-həftə-yox-idi,-9-ay-kosmosda-qapali-qaldi.-rekord-qiran-astronavt-təqaudə-cixdi
  • Texnologiya

Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı

Jurnalist 22/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Elon Musk alqoritmi izah etdi: X-də viral olmaq üçün nə etməli?
  • Reklam şirkətləri hərəkətə keçdi. ChatGPT söhbətlərdə reklam edəcək
  • Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  
  • Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı
  • Yaddaş böhranı genişlənir: SSD, GPU və sərt disklər də bahalaşıb
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.