Arda Gülər üçün artıq mümkün deyil: Real Madridin son qərarı açıqlanıb
LivePress ntvspor-a istinadən bildirir:
Alvaro Arbeloanın Xabi Alonsonun yerinə keçməsindən sonra Arda Gülərlə bağlı bir çox ayrılıq xəbərləri gündəmə gəlib. İspan mətbuatı Arbeloanın ayrılmasını qeyri-mümkün edən qərarını açıqladı.
Real Madridin Çempionlar Liqasında Monako ilə 6-1 qazandıqları ilk 11-də başlayan Arda Gülər performansı ilə Arbeloadan tam qiymət aldı. İspaniyalı çalışdırıcı milli futbolçunun gələcəyi ilə bağlı son qərarını verib.
Marca-da çıxan xəbərə görə, Arbeloa Arda Gülərin 10 nömrədəki yerini möhkəmləndirəcək və milli futbolçunu komandanın beyninə çevirəcək. Gənc ulduzun çıxışından çox təsirlənən ispaniyalı çalışdırıcının Arda Güləri planında əsas oyunçulardan birinə çevirəcəyi bildirilib.
Bu inkişafdan sonra tez-tez gündəmə gələn Arda Gülərin komandadan ayrılacağı ilə bağlı iddialar boş çıxdı. Hazırda 20 yaşlı futbolçunun “Real Madrid”dən ayrılması qeyri-mümkün hesab olunur.
“Arsenal” və “Çelsi”nin yay transfer pəncərəsi zamanı Arda Gülər üçün 90 milyon avroluq təklif edəcəyi barədə xəbərlər yayılmışdı.