Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • ARDNF ötən ilin hesabatını açıqlayıb
  • Ölkə

ARDNF ötən ilin hesabatını açıqlayıb

LIVE PRESS 29/01/2026 6 minutes read
ardnf-otən-ilin-hesabatini-aciqlayib

ARDNF ötən ilin hesabatını açıqlayıb

2025-ci ildə fondun aktivləri 22,5 faiz artaraq 73,5 milyard dollardan çox olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) keçən il üzrə gəlir və xərclərinə dair məlumat yayıb. Məlumatda bildirilir ki, fondun aktivləri 2025-ci ilin əvvəlinə 60031,4 milyon dollar (102 053,3 milyon manat) təşkil edib. Dekabr ayının 31-nə isə ilin əvvəli ilə müqayisədə 22,5 faiz artaraq 73541,5 milyon dollara (125 020,5 milyon manat) çatıb.

İl ərzində ARDNF-nin ümumi gəlirləri 37 594,4 milyon manat təşkil edib. Büdcə gəlirləri 17 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 434 milyon manat olub. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkil edib.

Öncə fondun büdcə gəlirləri açıqlanıb. Belə ki, keçən il ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 266,3 milyon manat olub. O cümlədən mənfəət neftinin və qazın satışından 9 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765,7 milyon manat, akrhesabı ödənişlərdən 3,6 milyon manat əldə edilib. Bu dövrdə ARDNF-yə “Azəri-Çıraq-Günəşli”yataqlar blokundan 8 292,9 milyon manat, “Şahdəniz”yatağından (qaz və kondensat) 958,8 milyon manat məbləğində vəsait daxil olub.

İnvestisiya gəlirlərinə aid olanlar isə bunlardır: fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib, nəticədə 6 894,1 milyon manat həcmində gəlir əldə edilib.

İllik hesabatın “Büdcə xərcləri” bölməsində büdcəyə transfert haqqında bildirilir ki, hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bu bölmədə layihə və idarəetmə xərclərinə aid faktlar göstərilıb. Belə ki, 2025-ci ilin yanvar-dekabr aylarında icrası davam edən bu layihələrə 105,5 milyon manat yönəldilib – “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 86,9 milyon manat, fondun idarə edilməsi ilə bağlı xərcləri isə 40,7 milyon manat təşkil edib.

Bəs maliyyə bazarlarının cari vəziyyəti portfelə necə təsir göstərib? Bildirilir ki, 2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyaların ARDNF-nin aktivlərinə təsiri müsbət olub.

ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirib. Bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə verib. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə edilən yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olub.

 ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərib. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirib.

 Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirib. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin edib. Nəticədə ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə edib.

Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bununla da ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşıb.

Xatırladaq ki, ARDNF 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanına əsasən təsis edilib. Bir il sonra – 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-in Əsasnaməsi təsdiq olunub. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilib və qurum əməli fəaliyyətə başlayıb. Ötən 26 il ərzində bu fondun vəsaitləri ölkəmizin və xalqımızın ən zəruri ehtiyaclarına yönəldilib. Bir sözlə, Azərbaycanda neft kapitalı insan kapitalına çevrilib. 

ARDNF şəffaf fəaliyyətinə görə dünyanın ən şəffaf suveren fondları sırasında özünə yer alıb. Təsadüfi deyil ki, bir çox tanınmış şirkətlər və digər qurumlar ARDNF-lə əməkdaşlıq etməkdə maraqlıdırlar. 

Onu da qeyd edək ki, bu yaxınlarda keçirilən Davos Dünya İqtisadi Forumunda bir sıra dünya şöhrətli şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşlərində ARDNF-lə əməkdaşlığı genişləndirmək məqsədlərini bildiriblər. Bunlar “J.P.Morgan”, “Global Infrastructure Partners” (GIP), “Brookfield Asset Management” və digər şirkətlərdir. 

Flora SADIQLI,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  
Next: Tanınmış memar və ictimai xadim

Related Stories

azərbaycanin-ən-guclu-boksculari-muəyyənləsib 
  • Ölkə

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

LIVE PRESS 29/01/2026 0
azərbaycan-və-turkiyənin-sulh-surasinda-istiraki-iki-dovlətin-qlobal-siyasətdəki-rolunu-daha-da-artiracaq-–-aciqlama  
  • Ölkə

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  

LIVE PRESS 29/01/2026 0
qlen-hovard:-abs-azərbaycanin-strateji-əhəmiyyətini-yaxsi-basa-dusur
  • Ölkə

Qlen Hovard: ABŞ Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür

LIVE PRESS 29/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 
  • Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  
  • Qlen Hovard: ABŞ Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür
  • Tanınmış memar və ictimai xadim
  • ARDNF ötən ilin hesabatını açıqlayıb

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib  azərbaycanin-ən-guclu-boksculari-muəyyənləsib  1
  • Ölkə

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

29/01/2026 0
Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA   azərbaycan-və-turkiyənin-sulh-surasinda-istiraki-iki-dovlətin-qlobal-siyasətdəki-rolunu-daha-da-artiracaq-–-aciqlama   2
  • Ölkə

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  

29/01/2026 0
Qlen Hovard: ABŞ Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür qlen-hovard:-abs-azərbaycanin-strateji-əhəmiyyətini-yaxsi-basa-dusur 3
  • Ölkə

Qlen Hovard: ABŞ Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür

29/01/2026 0
Tanınmış memar və ictimai xadim taninmis-memar-və-ictimai-xadim 4
  • Ölkə

Tanınmış memar və ictimai xadim

29/01/2026 0
ARDNF ötən ilin hesabatını açıqlayıb ardnf-otən-ilin-hesabatini-aciqlayib 5
  • Ölkə

ARDNF ötən ilin hesabatını açıqlayıb

29/01/2026 0

Bir daha bax

azərbaycanin-ən-guclu-boksculari-muəyyənləsib 
  • Ölkə

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

LIVE PRESS 29/01/2026 0
azərbaycan-və-turkiyənin-sulh-surasinda-istiraki-iki-dovlətin-qlobal-siyasətdəki-rolunu-daha-da-artiracaq-–-aciqlama  
  • Ölkə

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  

LIVE PRESS 29/01/2026 0
qlen-hovard:-abs-azərbaycanin-strateji-əhəmiyyətini-yaxsi-basa-dusur
  • Ölkə

Qlen Hovard: ABŞ Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür

LIVE PRESS 29/01/2026 0
taninmis-memar-və-ictimai-xadim
  • Ölkə

Tanınmış memar və ictimai xadim

LIVE PRESS 29/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 
  • Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  
  • Qlen Hovard: ABŞ Azərbaycanın strateji əhəmiyyətini yaxşı başa düşür
  • Tanınmış memar və ictimai xadim
  • ARDNF ötən ilin hesabatını açıqlayıb
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.