Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

LIVE PRESS 04/11/2025
“art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil  

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

Oktyabrın 31-də başlayan “ART Weekend” festivalının iştirakçıları ilə söhbətlər silsiləsini davam etdiririk. Festival Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

“DanceAbility Azerbaijan”ın direktoru Nigar Sultanova AZƏRTAC-ın müxbirinə müsahibəsində bu mədəniyyət tədbirində iştirakın şəxsən özü və rəhbərlik etdiyi bütün kollektiv üçün əhəmiyyətindən danışıb.

Agentliyin həmsöhbəti deyib: “Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Baku Art Weekend” festivalının açılışını etmək və noyabrın 2-də bu beynəlxalq tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində inklüzivlik və ekologiya mövzularına həsr olunmuş “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşamızı təqdim etməkdən şərəf duyduq. Tamaşaçılardan inanılmaz dərəcədə isti münasibətlər almağa davam edirik. İnsanlar tamaşanın estetik cəhətdən gözəl və peşəkarcasına yerinə yetirilməsi ilə yanaşı, həm də onun gündəlik istehlak vərdişlərimizin ətraf mühitə, təbiətə və ümumilikdə həyatımıza necə təsir etməsi barədə düşünməyə sövq etdiyini qeyd edirlər. Bir çox tamaşaçı bir səhnənin digərinə necə rahat keçdiyini, hər şeyin ahəngdar və canlı şəkildə inkişaf etdiyini hiss etmədən tamaşanın ab-havasına tamamilə qərq olduqlarını bildirir.

Nigar Sultanovanın sözlərinə görə, onların tamaşaçılara verdikləri əsas sual sadə səslənməklə bərabər, həm də mənaca dərindir: “Nə qədər kifayətdir?” Hər bir insana ünvanlanan bu sual istehlak sərhədlərini, müəyyən bir məqamda dayanıb-durmaq bacarığını, öz səsini dinləmək və ətraf aləmə diqqətlə nəzər salmağı ehtiva edir.

“İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil; bu, qarşılıqlı əlaqə qurmağı və bir-birimizi anlamağı öyrəndiyimiz bir məkandır. Hamımız görünüşümüz, qabiliyyətlərimiz və dünyagörüşümüz baxımından fərqliyik. Amma gücümüz də məhz bu fərqdədir. Bərabərlik hər kəsə eyni şeyləri vermək deyil, hər bir insanın fərdi ehtiyaclarını və imkanlarını nəzərə almaqdır ki, onlar özlərini cəmiyyətə inteqrasiya olunmuş, lazımlı, səs eşidilən və diqqətəlayiq hiss etsinlər. İncəsənət vasitəsilə biz əlilliyi olan və olmayan insanları birləşdirir, hər kəsin özü ola biləcəyi ortaq bir məkan yaradırıq. “Baku Art Weekend” kimi festivallar incəsənətin həyatı birləşdirə, ilhamlandıra və məna çalarları ilə doldura bilən universal bir dil olduğunu nümayiş etdirməyə kömək edir”, – deyə “DanceAbility Azerbaijan”ın direktoru vurğulayıb.

Nigar Sultanova və komandası “DanceAbility Azerbaijan”ın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və diqqətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku Art Weekend” festivalının təşəbbüskarı Leyla Əliyevaya, həmçinin “Baku Art Weekend”in bütün komandasına, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rəhbərliyinə və kollektivinə peşəkarlığa, açıqlığa və özlərini həmişə evdəki kimi hiss etdikləri isti ab-havaya görə səmimi minnətdarlıqlarını bildiriblər.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.
Next: Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

Related Stories

azərbaycandan-tranzit-kecməklə-bugda-yuklu-qatar-ermənistana-gedib  
  • Ölkə

Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib  

LIVE PRESS 05/11/2025
reza-deqati:-bir-foto-bəzən-yuzlərlə-sozun-ifadə-edə-bilmədiyini-gostərir
  • Ölkə

Reza Deqati: Bir foto bəzən yüzlərlə sözün ifadə edə bilmədiyini göstərir

LIVE PRESS 04/11/2025
amea-nin-80-illik-yubileyinə-həsr-olunmus-elmi-nailiyyətlər-sərgisinə-baxis-kecirilib  
  • Ölkə

AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib  

LIVE PRESS 04/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib  
  • Bitcoin'in 7K dollar düşməsi, miner gəlirlərini aprel aylarına göndərir
  • Mevolaxy mobil tətbiqetməyə başlayır və rekord ödəmələri elan edir
  • Bitcoinburyoi, bir sosialist olaraq New York şəhərini qəbul etməyə…
  • Bitmine, holdinqin 3,4 milyon tokenə çatması üçün 3% -i…

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib   azərbaycandan-tranzit-kecməklə-bugda-yuklu-qatar-ermənistana-gedib   1
  • Ölkə

Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib  

05/11/2025
Bitcoin'in 7K dollar düşməsi, miner gəlirlərini aprel aylarına göndərir bitcoin'in-7k-dollar-dusməsi,-miner-gəlirlərini-aprel-aylarina-gondərir 2
  • İqtisadiyyat

Bitcoin'in 7K dollar düşməsi, miner gəlirlərini aprel aylarına göndərir

05/11/2025
Mevolaxy mobil tətbiqetməyə başlayır və rekord ödəmələri elan edir mevolaxy-mobil-tətbiqetməyə-baslayir-və-rekord-odəmələri-elan-edir 3
  • İqtisadiyyat

Mevolaxy mobil tətbiqetməyə başlayır və rekord ödəmələri elan edir

05/11/2025
Bitcoinburyoi, bir sosialist olaraq New York şəhərini qəbul etməyə… bitcoinburyoi,-bir-sosialist-olaraq-new-york-səhərini-qəbul-etməyə… 4
  • İqtisadiyyat

Bitcoinburyoi, bir sosialist olaraq New York şəhərini qəbul etməyə…

05/11/2025
Bitmine, holdinqin 3,4 milyon tokenə çatması üçün 3% -i… bitmine,-holdinqin-3,4-milyon-tokenə-catmasi-ucun-3%-i… 5
  • İqtisadiyyat

Bitmine, holdinqin 3,4 milyon tokenə çatması üçün 3% -i…

05/11/2025

Bir daha bax

azərbaycandan-tranzit-kecməklə-bugda-yuklu-qatar-ermənistana-gedib  
  • Ölkə

Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib  

LIVE PRESS 05/11/2025
bitcoin'in-7k-dollar-dusməsi,-miner-gəlirlərini-aprel-aylarina-gondərir
  • İqtisadiyyat

Bitcoin'in 7K dollar düşməsi, miner gəlirlərini aprel aylarına göndərir

Jurnalist 05/11/2025
mevolaxy-mobil-tətbiqetməyə-baslayir-və-rekord-odəmələri-elan-edir
  • İqtisadiyyat

Mevolaxy mobil tətbiqetməyə başlayır və rekord ödəmələri elan edir

Jurnalist 05/11/2025
bitcoinburyoi,-bir-sosialist-olaraq-new-york-səhərini-qəbul-etməyə…
  • İqtisadiyyat

Bitcoinburyoi, bir sosialist olaraq New York şəhərini qəbul etməyə…

Jurnalist 05/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib  
  • Bitcoin'in 7K dollar düşməsi, miner gəlirlərini aprel aylarına göndərir
  • Mevolaxy mobil tətbiqetməyə başlayır və rekord ödəmələri elan edir
  • Bitcoinburyoi, bir sosialist olaraq New York şəhərini qəbul etməyə…
  • Bitmine, holdinqin 3,4 milyon tokenə çatması üçün 3% -i…
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.