Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Astaralılar ötən ilə yekun vurdular
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

LIVE PRESS 23/01/2026 7 minutes read
astaralilar-otən-ilə-yekun-vurdular

Astaralılar ötən ilə yekun vurdular

İstehsal artıb, güzəran yaxşılaşıb, abadlıq işləri genişlənib

Hesabat yığıncağında çıxış edən RİH-in başçısı Qəzənfər Ağayev 2025-ci ildə rayonda görülmüş işlər, sosial-iqtisadi nəticələr və bu il qarşıda duran vəzifələr barədə danışıb. Qeyd edib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edib, xalqın rifahının yüksəlməsinə, ölkənin güclü və müasir dövlətə çevrilməsinə zəmin yaradıb. 

Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsinin diqqət mərkəzində saxlandığını deyən məruzəçi aparılan islahatların, irəli sürülən təşəbbüslərin ölkəmizin dinamik inkişafını təmin etdiyini, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulmasının iqtisadi gücümüzü daha da artırdığını söyləyib. “Müstəqil və suveren Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməli bu gün də Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir. Onun ideyaları və siyasi irsi müasir dövlətimizin fəaliyyətində yaşayır və ölkəmizin gələcək inkişafına yol göstərir”, – deyə Q.Ağayev vurğulayıb.

Bu gün rayon üzrə 41 yaşayış məntəqəsini əhatə edən 20 min 470 abonent təbii qazdan istifadə edir. Məruzədən məlum oldu ki, 2025-ci ildə abonentlərin normal və təhlükəsiz qaz təchizatının yaxşılaşdırılması və qaz şəbəkəsinin təmiri ilə bağlı müəyyən işlər görülüb. Həmçinin istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, sayğaclar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilib. Bunlardan əlavə, rayonun bütün yaşayış məntəqələrində sürətli internet şəbəkəsi yaradılıb, əhali bir neçə provayder vasitəsilə internet xidmətlərindən istifadə etmək imkanı qazanıb. Bununla da müasir texnologiyalar əsasında rayon ərazisi 100 faiz optik internetlə təmin olunub.

Məruzəçi bildirib ki, ötən il Lovayın su anbarından Ojakəran kəndinə su xətti çəkilərək əkin sahələrinin suvarılması təmin edilib və beləliklə, böyük bir problem həllini tapıb. Sel sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün il ərzində Astaraçayda, Pensərçayda və Ərçivançayda məcratəmizləmə işləri aparılıb.

Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı üçün yaradılmış əlverişli şərait Astara rayonunda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına böyük təkan verib. Son illər rayonda sitrus meyvələrinin istehsalına diqqət artırılıb, il ərzində yeni sitrus bağları salınaraq ümumilikdə 4 min 666 hektara çatdırılıb. Sitrusçuluğun inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilərək müasir üsullardan istifadəyə daha çox üstünlük verilir. Bu məqsədlə subtropik meyvəçiliyinin rayonda daha yaxşı inkişaf etdirilməsi üçün sitrus bağlarının yerli iqlim şəraitinə uyğun, yeni texnologiya əsasında əkilməsindən ötrü mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər il ərzində davam edib. Digər sahələrə gəldikdə, rayon üzrə 232 hektar məhsuldar çay plantasiyasından 725 ton yaşıl çay yarpağı toplanaraq çay fabriklərinə təhvil verilib. Çay plantasiyalarının modern üsullar tətbiq edilməklə genişləndirilərək artırılması qarşıya qoyulan prioritet məsələlərdən olub. Hesabat ilində həmçinin çəltik əkini aparılmış 307 hektardan 1226 ton məhsul yığılıb, orta məhsuldarlıq 41 sentnerə çatıb. Bitkiçilik və heyvandarlıq sahələrində də vəziyyət qənaətbəxş olub.

Məruzədə əhalinin məşğulluq məsələsinə də toxunulub. Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyinin Astara Rayon Xidmət Şöbəsi tərəfindən rayon üzrə 6 min 360 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb, onlardan 804 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub, 154 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib.

O ki qaldı turizmə, hesabatdan məlum oldu ki, son zamanlar rayonda yeni turizm obyektlərinin inşa edilərək istifadəyə verilməsi, yaşayış məntəqələrinə gedən yolların asfaltlaşdırılması və əsaslı təmiri ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırıb, turistlərin və qonaqların rayona marağını daha da artırıb. Xüsusən ucqar dağ kəndlərinin yollarının abadlaşdırılması ilə yeni təbiət mənzərələri üzə çıxıb, Sım şəlaləsi ilə yanaşı, Diqo və Sipi şəlalələrinə, ziyarətgahlara, həmçinin gözəl mənzərəsi olan yaylaq ərazilərinə turistlərin axını çoxalıb. Dəniz sahili ərazilərdə çimərlik turizmi üçün əlverişli şəraitin yaradılması da bu sahənin inkişafına öz töhfəsini verir. Ötən il Alaşa qalasında aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxan qədim tarixə malik tədqiqat elementləri yerli sakinlərlə yanaşı, rayona gələn turistlərin və qonaqların da marağına səbəb olub, yeni turizm marşrutunun yaranması ilə nəticələnib. Sentyabr ayında Sım kəndinə 25-dən çox turizm şirkətinin rəhbərləri üçün infotur təşkil edilərək Astaranın turizm potensialı, zəngin mətbəxi nümayiş olunub. Bunlardan savayı, Astaranın turizm potensialının tanıdılması məqsədilə ötən ilin noyabr ayında 30-dan çox yerli istehsalçı və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ekofestival” təşkil olunub. Festivalda yerli məhsulların satış yarmarkası keçirilib, yerli fəal gənclər tərəfindən innovativ təqdimatlar aparılıb.

Bu il görüləcək işlərə gəldikdə, bildirilib ki, məktəb və məktəbəqədər təhsil müəssisələri üçün binaların tikintisi, rayonun elektrik təsərrüfatının yenidən qurulması və qazlaşdırma işlərinin davam etdirilməsi, yaşayış məntəqələrində avtomobil yollarının asfaltlaşdırılması, sahilbərkitmə-məcratəmizləmə işlərinin aparılması, kanalizasiya şəbəkəsinin qurulması, kommunal binalarının əsaslı təmiri, imtiyazlı şəxslərin mənzillə təmin olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılması, parkların genişləndirilməsi, yeni turizm infrastrukturlarının yaradılması və bir çox sosial əhəmiyyətli məsələlərin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Seyran CAVADOV,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  
Next: Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

Related Stories

efiopiyada-wuf13-lə-bagli-goruslər-kecirilib  
  • Ölkə

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

LIVE PRESS 23/01/2026 0
dunyanin-ən-boyuk-aes-nin-fəaliyyəti-yenidən-dayandirilib  
  • Ölkə

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

LIVE PRESS 23/01/2026 0
otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub  
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

LIVE PRESS 23/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  
  • Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  
  • Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  
  • Astaralılar ötən ilə yekun vurdular
  • Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib   efiopiyada-wuf13-lə-bagli-goruslər-kecirilib   1
  • Ölkə

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

23/01/2026 0
Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb   dunyanin-ən-boyuk-aes-nin-fəaliyyəti-yenidən-dayandirilib   2
  • Ölkə

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

23/01/2026 0
Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub   otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub   3
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

23/01/2026 0
Astaralılar ötən ilə yekun vurdular astaralilar-otən-ilə-yekun-vurdular 4
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

23/01/2026 0
Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub   zelenski:-prezident-tramp-ilə-gorus-məhsuldar-olub   5
  • Ölkə

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

23/01/2026 0

Bir daha bax

efiopiyada-wuf13-lə-bagli-goruslər-kecirilib  
  • Ölkə

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

LIVE PRESS 23/01/2026 0
dunyanin-ən-boyuk-aes-nin-fəaliyyəti-yenidən-dayandirilib  
  • Ölkə

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

LIVE PRESS 23/01/2026 0
otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub  
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

LIVE PRESS 23/01/2026 0
astaralilar-otən-ilə-yekun-vurdular
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

LIVE PRESS 23/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  
  • Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  
  • Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  
  • Astaralılar ötən ilə yekun vurdular
  • Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.