Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarınd
  • Ölkə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarınd

LIVE PRESS 27/01/2026 5 minutes read
“azərbaycan-respublikasinin-inzibati-xətalar-məcəlləsində-dəyisiklik-edilməsi-haqqinda”-azərbaycan-respublikasinin-2025-ci-il-30-dekabr-tarixli-334-viiqd-nomrəli-qanununun-tətbiqi-və-bununla-əlaqədar-azərbaycan-respublikasi-prezidentinin-bəzi-fərmanlarind

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarınd

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 63.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 602-2.5-ci maddəsində hər iki halda “qəyyumluq və himayəçilik orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənddə “57-1.3” rəqəmləri “57-1.3-cü maddəsində, 63.3-cü maddəsinin ikinci cümləsində” sözləri ilə, “576.4, 602-2.5-ci (hər iki halda)” sözləri “576.4-cü” sözləri ilə əvəz edilsin;

3.2. 4.20-1-ci bəndə “Məcəllənin” sözündən sonra “63.3-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

3.3. 4.56-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.56. həmin Məcəllənin 602-2.5-ci maddəsində hər iki halda “qəyyumluq və himayəçilik orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək -valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 74-1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“74-1. Məcəllənin 602-2.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

74-1.1.himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək -valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından – bu Siyahının 14.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

74-1.2. digər hallarda uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə yerli icra hakimiyyəti orqanı adından – yerli icra hakimiyyəti orqanının başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2026-cı il

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Next: Mur qanunu: Kompüterlərin ən vacib qaydası bitdi. İndi nə baş verir?

Related Stories

kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

LIVE PRESS 27/01/2026 0
abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib  
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

LIVE PRESS 27/01/2026 0
dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

LIVE PRESS 27/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib
  • ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  
  • Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib 1
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

27/01/2026 0
ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb   abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib   2
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

27/01/2026 0
Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir 3
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

27/01/2026 0
Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri) gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri) 4
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

27/01/2026 0
Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik” sergen-yalcindan-transfer-sistemi:-“hansi-futbolcuya-getsək,-20-30-milyon-avro-odəyəcəyik” 5
  • Idman

Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”

27/01/2026 0

Bir daha bax

kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

LIVE PRESS 27/01/2026 0
abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib  
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

LIVE PRESS 27/01/2026 0
dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

LIVE PRESS 27/01/2026 0
gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri)
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

Jurnalist 27/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib
  • ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  
  • Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.