Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 
  • Ölkə

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

LIVE PRESS 04/11/2025
azərbaycan-aspa-ya-qayidacaqmi?-–-musahibe 

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

Ötən ilin yanvarında Azərbaycan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırmaq qərarına gəldi. Bu qərar AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməməsi və səsvermə hüququnu məhdudlaşdırmasından sonra verildi. AŞPA bu addımın səbəblərini müxtəlif bəhanələrlə pərdələməyə çalışsa da, əsas motiv Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi, separatizmin kökünü kəsməsi və suverenliyini təmin etməsidir. Bu hadisə illərdir bölgədə həyata keçirilməsi planlaşdırılan geosiyasi layihələrin iflasa uğraması demək idi. Məhz buna görə də AŞPA bu reallığı qəbul etmək istəmədi.

Lakin heç bir təzyiq və ya təhdid Azərbaycanı haqq yolundan döndərə bilmədi. Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə həyata keçirilən xarici siyasət bir daha sübut etdi ki, Azərbaycanla təhdid dili ilə danışmaq nəticə verməyəcək.

Münasibətlərin gərginləşməsinin başlıca səbəbi isə erməniyönlü və xristian təmayüllü yanaşma idi. Hazırda isə AŞPA-da bu mövqeyi davam etdirmək üçün ciddi əsas qalmayıb. Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və regionda normallaşma proseslərinin başlanması anti-Azərbaycan dairələrini fəaliyyətsiz vəziyyətə salıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində mövcud vəziyyəti şərh edib.

-Azərbaycanın tarixi Qələbəsi regionda hansı dəyişiklikləri yaratdı?

-Azərbaycanın tarixi Qələbəsi regionda və ümumilikdə dünyada tamamilə başqa bir reallıq yaradıb. Bu reallıq separatizmə son qoydu, işğal olunmuş torpaqlarımızı tam şəkildə azad etdi və ədaləti bərpa etdi.

– Avropa Şurası Parlament Assambleyasının bu reallığa münasibəti necədir?

-Avropa Şurası Parlament Assambleyası bu reallığın nə dərəcədə dəyişiklik yaratdığını, nə dərəcədə beynəlxalq hüquqa zidd olmadığını və bəşəriyyət üçün hansı dərəcədə ədalət təcəssümü olduğunu hələ də dərk edə bilmir. Separatizmə meydan verənlər və işğalı hüquq donuna bürüməyə çalışanlar bunun nə qədər təhlükəli tendensiya olduğunu anlamırlar.

– AŞPA-nın mövqeyində nələr müşahidə olunur?

-AŞPA-da separatizmi müdafiə edən bir sıra şəxslər, sadəcə, müəyyən dairələrin maraqlarının girovuna çevrilib. AŞPA bir sıra şəxslər tərəfindən girov kimi götürülüb. Ona görə də bu məsələləri öz daxilində həll edə bilməyənlər, vəziyyətin getdikcə daha da gərginləşməsinə səbəb olurlar. Hesab edirəm ki, bu məsələlərin ədalətli həlli həm təşkilatın sağlamlaşmasına, həm də bizim AŞPA-ya qayıdışımız üçün əsas yaranmasına səbəb ola bilər.

-Sizcə, geri qayıtmaq üçün təşəbbüs hansı tərəfdən gəlməlidir?

-Dediyim kimi, təşəbbüs AŞPA-dan gəlməlidir. Bir təşkilat ki, reallığı əks etdirə bilmir, beynəlxalq hüququ qorumaq missiyasını bayraq edərək onun əleyhinə çıxır və bununla mübarizə aparmaqda aciz qalır, həmin təşkilat daxilində bir neçə nəfərə təsir etmək gücünə malik deyil, belə bir təşkilatda fəaliyyəti bərpa etmək çətin olacaq.

-Avropa Şurasının digər strukturları ilə münasibətlər necədir?

-Hamı çox yaxşı bilir ki, Avropa Şurasının Nazirlər Komitəsi daha konstruktiv mövqedədir. Azərbaycan nümayəndə heyəti yerli özünüidarəetmə qurumlarının Konqresində – Avropa Şurasının başqa bir qolunda fəaliyyət göstərir və ölkəmizi təmsil edir. Lakin Avropa Şurası Parlament Assambleyasında qeyd etdiyim kimi, sağlam mühitin mövcudluğunu hələ də görmürük. Baxmayaraq ki, bu qurum daxilində Azərbaycanla bağlı müsbət fikirlər bildirən və əlaqə qurmaq istəyən şəxslər var, lakin onlara qarşı bir neçə nəfər tərəfindən qəbulolunmaz və şantaj xarakterli təzyiqlər göstərildiyinə görə problemlər hələ də öz həllini tapmır.

-Hazırkı Parlament Assambleyasını necə xarakterizə edərdiniz?

-Dediyim kimi, mövcud Parlament Assambleyası Avropa Şurasını girov vəziyyətinə salaraq, konstruktivlikdən uzaq, beynəlxalq hüququn aliliyini kənara qoyan, şəxsi maraqlarını müdafiə edən bir quruma çevirib. Bu da qurumun bir qrup şəxsin əlində alətə çevrilməsinə şərait yaradıb.

-Azərbaycan tərəfinin dialoqla bağlı mövqeyi nədən ibarətdir?

-Biz dialoqun tərəfdarıyıq, lakin dialoq yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında aparılmalıdır. Avropa Şurası tərəfindən qəbul olunan qətnamələr Azərbaycanı heç vaxt törətmədiyi əməllərdə ittiham edir. AŞPA özündə güc tapıb etiraf etməlidir ki, yalan və böhtanlarla dolu bu sənədlər təşkilatın fəaliyyətini, təsir gücünü və onunla əlaqə qurmaq imkanlarını faktiki olaraq sıfıra endirib. Nəticədə, bu qurum öz öhdəliklərini yerinə yetirmək və bunun üçün zəruri şərait yaratmaq imkanından məhrum olub.

–Azərbaycan Assambleyada dialoqu necə görür?

-Biz könüllü şəkildə Assambleyaya gəlmişik və dialoqu ali prinsip, ali dəyər kimi nəzərdə tutmuşduq. Lakin onlar dialoqdan, qarşılıqlı hörmətə əsaslanan danışıqlardan imtina edərək, birtərəfli təzyiqi ölkəyə müdaxilə alətinə çevirmək fikrinə düşüblər. Biz bunu qəbul edə bilmərik. Avropa İnsan Haqları Məhkəməsi ilə bağlı yaranan problemlər də məhz buradan qaynaqlanır. Biz deputatlar olaraq həmin hakimlərin seçimində iştirak etməliyik. Bizi bu prosesdən kənarlaşdırıb, hakimləri özləri seçdikdən sonra “onların qərarlarını icra edin” demək hansı məntiqlə əsaslandırıla bilər?

-Azərbaycanın sülh təşəbbüsləri barədə nə deyə bilərsiniz?

-Əvvəlcə dialoq və qarşılıqlı münasibətlər üçün normal və etimadlı mühit yaradılmalıdır. Bundan sonra biz konstruktiv söhbətə və əməkdaşlığa hazırıq. Azərbaycan bu gün uzun illər bizimlə müharibə aparmış, torpaqlarımızı işğal və separatizmi təşviq etmiş Ermənistanla sülh danışıqları həyata keçirir, bölgədə dayanıqlı sülhün təmin olunması üçün sülh müqaviləsini imzalamağa hazırdır.

-AŞPA-nın bu proseslərdə rolu nə olmalıdır?

-Ədalət zəfər çaldı. Əks tərəf etiraf etdi ki, Qarabağ Azərbaycandır. Ermənistan bunu etiraf etdiyi halda, regionda inkişafın qarşısında duran ən böyük maneəni aradan qaldırmaq istiqamətində addımlar atarkən, AŞPA niyə özündə güc tapıb səhvini etiraf etmir? Hesab edirəm ki, bunu mütləq etməlidir.

-Bu prosesdə Avropa Şurasının digər institutlarının mövqeyi necədir?

– Bu prosesdə Avropa Şurasının Nazirlər Komitəsi də vasitəçilik edir. Baş katib bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşüb və AŞPA-da da öz mövqeyini ifadə edib. Biz bunu çox yaxşı bilirik. Lakin o, təkbaşına bu məsələləri həll edə bilməz. Mənim qeyd etdiyim şəxslər isə ümumi əsasnamələri və qanunları kobud şəkildə pozaraq, Avropa Şurası Nazirlər Komitəsinin mövqeyini nəzərə almırlar. Faciə də məhz bundadır. Onlar üçün demokratiya, qanunun aliliyi və insan haqları təzyiq vasitəsinə, alətə çevrilib. Məqsəd isə, sadəcə, öz reytinqlərini qoruyub saxlamaqdır. Bu isə real dialoqdan tamamilə uzaq bir yanaşmadır.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  
Next: “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

Related Stories

səfir:-belarusun-dost-olkə-olan-azərbaycan-ilə-əməkdasligi-strateji-tərəfdasliq-xarakteri-dasiyir-–-musahibe  
  • Ölkə

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  

LIVE PRESS 04/11/2025
akademiya-muzeyinin-acilisi-olub
  • Ölkə

Akademiya Muzeyinin açılışı olub

LIVE PRESS 04/11/2025
“ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib  
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

LIVE PRESS 04/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  
  • Akademiya Muzeyinin açılışı olub
  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  
  • Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 
  • “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ   səfir:-belarusun-dost-olkə-olan-azərbaycan-ilə-əməkdasligi-strateji-tərəfdasliq-xarakteri-dasiyir-–-musahibe   1
  • Ölkə

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  

04/11/2025
Akademiya Muzeyinin açılışı olub akademiya-muzeyinin-acilisi-olub 2
  • Ölkə

Akademiya Muzeyinin açılışı olub

04/11/2025
“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb   “ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib   3
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

04/11/2025
Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ  azərbaycan-aspa-ya-qayidacaqmi?-–-musahibe  4
  • Ölkə

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

04/11/2025
“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil   “art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil   5
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

04/11/2025

Bir daha bax

səfir:-belarusun-dost-olkə-olan-azərbaycan-ilə-əməkdasligi-strateji-tərəfdasliq-xarakteri-dasiyir-–-musahibe  
  • Ölkə

Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  

LIVE PRESS 04/11/2025
akademiya-muzeyinin-acilisi-olub
  • Ölkə

Akademiya Muzeyinin açılışı olub

LIVE PRESS 04/11/2025
“ilham-eliyev-inkisaf-–-məqsədimizdir”-coxcildliyinin-“zəfər.-tam-və-qəti-qələbə”-kitabi-capdan-cixib  
  • Ölkə

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  

LIVE PRESS 04/11/2025
azərbaycan-aspa-ya-qayidacaqmi?-–-musahibe 
  • Ölkə

Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 

LIVE PRESS 04/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Səfir: Belarusun dost ölkə olan Azərbaycan ilə əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır – MÜSAHİBƏ  
  • Akademiya Muzeyinin açılışı olub
  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin “Zəfər. Tam və Qəti Qələbə” kitabı çapdan çıxıb  
  • Azərbaycan AŞPA-ya qayıdacaqmı? – MÜSAHİBƏ 
  • “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.