Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
  • Ölkə

Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

LIVE PRESS 20/01/2026 4 minutes read
azərbaycan-konulluləri-20-yanvar-səhidlərinin-əziz-xatirəsini-yad-ediblər

Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib. 

AKTİ-dən verilən məlumata görə, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri yanvarın 20-də – Ümumxalq Hüzn Günündə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiram ifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Həmçinin, İttifaqın təşkilatçılığı, Azərbaycan Könüllülərinin iştirakı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar həqiqətləri” mövzusunda görüş keçirilib. Görüşdə rejissor, ssenarist və yazıçı Vahid Mustafayev qonaq qismində iştirak edib. Görüş zamanı 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, xalqımızın mübarizə əzmi və milli yaddaşda tutduğu əvəzsiz yer barədə ətraflı fikir mübadiləsi aparılıb. Vahid Mustafayev öz yaradıcılıq təcrübəsindən nümunələr təqdim edərək, 20 Yanvar həqiqətlərinin gələcək nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Əməkdar jurnalist, yazıçı-publisist Rafiq Səməndər və 20 Yanvar hadisələrinin canlı şahidi olan Nazim Ələkbərov ilə “20 Yanvar şahidlərin gözü ilə” mövzusunda görüş keçirilib. Görüş zamanı həmin faciəli gecənin real mənzərəsi birbaşa şahidlərin xatirələri əsasında könüllü gənclərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun tanklarından biri Nazim Ələkbərovun avtomobilinin üzərindən keçib və o, 20 Yanvar faciəsinin dəhşətlərini birbaşa yaşayan canlı şahidlərdən biri olub. Rafiq Səməndər isə 20 Yanvar hadisələrindən sonra şəhid ailələrini bir-bir ziyarət etdiyini, yaşanan ağrı və dəhşətləri qələmə aldığını və bu şahidlik əsasında “Şəhidlər” adlı kitabın ərsəyə gəldiyini bildirib. Vurğulanıb ki, bu cür görüşlər və yaradılan əsərlər 20 Yanvar həqiqətlərinin qorunması, tarixi yaddaşın yaşadılması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

20 Yanvar Azərbaycan xalqının tarixinə təkcə faciə kimi deyil, eyni zamanda fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, lakin bunun müqabilində əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə, cəsurluq və milli ruhun sarsılmazlığını nümayiş etdirdi. Bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı bir millət olaraq haqq-ədaləti bərqərar etməyə, öz ləyaqətini və şərəfini qorumağa qadirdir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da, şəhidlərimizin qanı ilə yazıldı və məhz buna görə də əbədi oldu.

Bu gün həmin tarixi irs müasir Azərbaycan gəncliyi üçün böyük mənəvi dayaq və məsuliyyətdir. 20 Yanvar şəhidləri gənclərə vətəni sevməyin, azadlığın və müstəqilliyin hansı bədəllər bahasına qazanıldığını xatırladır, onları milli dəyərlərə sədaqət, vətənpərvərlik və fəal vətəndaş mövqeyi ruhunda yetişdirir. Gənclər bu şanlı və ağrılı tarixi yaddaşdan güc alaraq, Azərbaycanın bu gününü və gələcəyini qurmaq missiyasını layiqincə davam etdirirlər.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük  
Next: Mərc araşdırması: PFDK 32 nümayəndə üçün qərar verib

Related Stories

prezident-ilham-eliyev-davosda-“avrasiyanin-iqtisadi-ozunəməxsuslugunun-muəyyənləsdirilməsi”-movzusunda-panel-iclasinda-istirak-edir-yenilenecek
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir YENİLƏNƏCƏK

LIVE PRESS 20/01/2026 0
azərbaycan-prezidenti:-biz-hər-zaman-qonsulugumuzda-sabitliyin-movcud-olmasi-haqqinda-dusunuruk  
  • Ölkə

Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük  

LIVE PRESS 20/01/2026 0
azərbaycan-prezidenti:-cənubi-qafqaz-yeni-inkisaf-mərhələsinə-daxil-olur  
  • Ölkə

Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur  

LIVE PRESS 20/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab
  • SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları
  • Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır
  • SON XƏBƏRLƏR | Fənərbaxçadan Banklar Birliyinə açıqlama
  • Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir YENİLƏNƏCƏK

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab o,-“qalatasaray”-matci-oncəsi-danisib:-alexander-sorloth-dan-transfer-ucun-aydin-cavab 1
  • Idman

O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab

20/01/2026 0
SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları son-xeberler-|-kap-trabzonspordan-gəldi:-lovikin-muqavilə-detallari 2
  • Idman

SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları

20/01/2026 0
Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır besiktasda-serdal-adalidan-“ibrahim”-istirahəti:-aston-villa-transfer-ucun-calisir 3
  • Idman

Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır

20/01/2026 0
SON XƏBƏRLƏR | Fənərbaxçadan Banklar Birliyinə açıqlama son-xeberler-|-fənərbaxcadan-banklar-birliyinə-aciqlama 4
  • Idman

SON XƏBƏRLƏR | Fənərbaxçadan Banklar Birliyinə açıqlama

20/01/2026 0
Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir YENİLƏNƏCƏK prezident-ilham-eliyev-davosda-“avrasiyanin-iqtisadi-ozunəməxsuslugunun-muəyyənləsdirilməsi”-movzusunda-panel-iclasinda-istirak-edir-yenilenecek 5
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir YENİLƏNƏCƏK

20/01/2026 0

Bir daha bax

o,-“qalatasaray”-matci-oncəsi-danisib:-alexander-sorloth-dan-transfer-ucun-aydin-cavab
  • Idman

O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab

Jurnalist 20/01/2026 0
son-xeberler-|-kap-trabzonspordan-gəldi:-lovikin-muqavilə-detallari
  • Idman

SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları

Jurnalist 20/01/2026 0
besiktasda-serdal-adalidan-“ibrahim”-istirahəti:-aston-villa-transfer-ucun-calisir
  • Idman

Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır

Jurnalist 20/01/2026 0
son-xeberler-|-fənərbaxcadan-banklar-birliyinə-aciqlama
  • Idman

SON XƏBƏRLƏR | Fənərbaxçadan Banklar Birliyinə açıqlama

Jurnalist 20/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • O, “Qalatasaray” matçı öncəsi danışıb: Alexander Sörloth-dan transfer üçün aydın cavab
  • SON XƏBƏRLƏR | KAP Trabzonspordan gəldi: Lovikin müqavilə detalları
  • Beşiktaşda Serdal Adalıdan “İbrahim” istirahəti: Aston Villa transfer üçün çalışır
  • SON XƏBƏRLƏR | Fənərbaxçadan Banklar Birliyinə açıqlama
  • Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir YENİLƏNƏCƏK
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.