Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir
  • Ölkə

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

LIVE PRESS 20/01/2026 6 minutes read
azərbaycan-qazi-inamla-qərbə-dogru-irəliləyir

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

Artıq Almaniya və Avstriya da  Azərbaycan qazı alırlar. Bu aydan  başlanan nəql   hər iki ölkəyə  İtaliya üzərindən  həyata keçirilir. Bununla da Azərbaycan  qazının ixrac coğrafiyası daha da genişləndirilir.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu barədə yaydığı məlumatda bildirib ki, “Cənub qaz dəhlizi”nin Avropa qolu olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri)  vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışı həyata keçirilərək  Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələ  başlanıb.

Beləliklə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Bunların hansı ölkələr olduğunu bir daha xatırladaq: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya.

Azərbaycandan  qaz idxal edən ölkələrin sırasına daha ikisinin qoşulacağı barədə müjdəni  Prezident  İlham Əliyev hələ iki həftə əvvəl yerli televiziya kanallarına müsahibəsində vermişdi: “Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub”.

Azərbaycanın qazla təchiz etməyə başladığı hər iki ölkədə bu addım Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir, Avropanın Rusiyadan enerji asılılığının azaldılması strategiyasına töhfə olduğu vurğulanır. Almaniyanın bir sıra aparıcı nəşrləri, o cümlədən “Spiegel”, “Handelsblatt” və “Berliner Zeitung” qəzetləri  bu barədə  yazılar dərc edib.    Alman nəşrləri bildirir ki, Rusiyanın Ukraynaya hücumundan sonra 2022-ci ilin yayında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı “Cənub qaz dəhlizi” vasitəsilə qaz tədarükünün artırılması barədə razılığın əldə edilməsi Avropanın Rusiyadan asılılığının azaldılması baxımından mühüm addım oldu.

Nəşrlər həmçinin yazırlar ki, Azərbaycandan Almaniyaya və Avstriyaya qazın tədarükü “Cənub qaz dəhlizi”nin ayrılmaz seqmenti olan TAP kəməri ilə həyata keçirilir. Qaz Yunanıstan və Albaniya ərazisindən keçərək Cənubi İtaliyaya çatdırılır, oradan isə Avstriya və Almaniyaya ötürülür. Bu iki yeni bazarın əlavə olunması ilə Azərbaycan qazını idxal edən ölkələrin sayının 16-ya çatdığı vurğulanır.

“Spiegel”də yayımlanan məqalədə əsas diqqət uzunmüddətli enerji əməkdaşlığına və sabit tədarük həcminə yönəlib, Almaniya bazarında Azərbaycan qazının strateji rolu xüsusi qeyd olunur. Almaniyaya qaz tədarükünün ticarət və uzunmüddətli müqavilələr baxımından əhəmiyyəti olduğu, SOCAR ilə SEFE arasında illik 1,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan onillik müqavilənin imzalandığı bildirilir. Nəşr həmçinin vurğulayır ki, Azərbaycanın Avropaya qaz ixracının ümumi həcminin 2025-ci ildə 12,8 milyard kubmetr təşkil etməsi bu ölkənin Avropa bazarında güclü mövqeyini göstərir. Eyni zamanda deyilir ki, ixracın daha da artırılması investisiyalardan və boru kəmərlərinin ötürmə qabiliyyətinin genişləndirilməsindən asılıdır.

Almaniyada iqtisadiyyat sahəsində ən mühüm nəşr kimi tanınan “Handelsblatt”  qəzeti bu məsələyə enerji siyasəti prizmasından yanaşıb. Qeyd edib ki, Azərbaycan qazı Avropanın təbii qaz idxalının şaxələndirilməsi strategiyasında əhəmiyyətli rol oynayır. Almaniya hökumətinin Rusiyadan asılılığı azaltmaq strategiyası çərçivəsində Azərbaycan qazının idxalına başlanması önəm daşıyır. Azərbaycan qazının Avropada mövqeyinin güclənməsi həm Almaniya, həm də ümumilikdə Avropa üçün enerji təhlükəsizliyinin təminatına xidmət edir.

“Berliner Zeitung” qəzetinin  dərc etdiyi məqalə isə Azərbaycan qazının Avropa infrastrukturu ilə inteqrasiyasına və TAP-ın strateji roluna diqqət çəkir. Yazıda xatırladılır ki, Almaniya bazarına rəsmi çıxış ilk dəfədir həyata keçirilir və TAP  Avropanın enerji təhlükəsizliyi üçün strateji xətt rolunu oynayır. Qaz mövcud ötürücü şəbəkə vasitəsilə çevik şəkildə müxtəlif bazarlara yönləndirilir, bu da enerji təchizatının etibarlılığını artırır.

Daha iki Avropa ölkəsinin Azərbaycandan qaz idxal etməsi Prezident İlham Əliyevin enerji siyasətinin növbəti uğurudur. Bu münasibətlə SOCAR bəyan edib ki, dövlət başçısının  rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini davamlı şəkildə genişləndirir. Müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.

Flora SADIQLI,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: İmperiya xalqımızın iradəsini sındıra bilmədi
Next: Müstəqil yaşamaq istəyinin təcəssümü

Related Stories

prezident-ilham-eliyev-davosda-“carlsberg-group”-sirkətinin-bas-icraci-direktoru-ilə-gorusub 
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 

LIVE PRESS 20/01/2026 0
mingəcevir-–-kur-ustundə-nur-səhəri  
  • Ölkə

Mingəçevir – Kür üstündə nur şəhəri  

LIVE PRESS 20/01/2026 0
qurur-tariximiz
  • Ölkə

Qürur tariximiz

LIVE PRESS 20/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 
  • Mingəçevir – Kür üstündə nur şəhəri  
  • Qürur tariximiz
  • Müstəqil yaşamaq istəyinin təcəssümü
  • Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb  prezident-ilham-eliyev-davosda-“carlsberg-group”-sirkətinin-bas-icraci-direktoru-ilə-gorusub  1
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 

20/01/2026 0
Mingəçevir – Kür üstündə nur şəhəri   mingəcevir-–-kur-ustundə-nur-səhəri   2
  • Ölkə

Mingəçevir – Kür üstündə nur şəhəri  

20/01/2026 0
Qürur tariximiz qurur-tariximiz 3
  • Ölkə

Qürur tariximiz

20/01/2026 0
Müstəqil yaşamaq istəyinin təcəssümü mustəqil-yasamaq-istəyinin-təcəssumu 4
  • Ölkə

Müstəqil yaşamaq istəyinin təcəssümü

20/01/2026 0
Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir azərbaycan-qazi-inamla-qərbə-dogru-irəliləyir 5
  • Ölkə

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

20/01/2026 0

Bir daha bax

prezident-ilham-eliyev-davosda-“carlsberg-group”-sirkətinin-bas-icraci-direktoru-ilə-gorusub 
  • Ölkə

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 

LIVE PRESS 20/01/2026 0
mingəcevir-–-kur-ustundə-nur-səhəri  
  • Ölkə

Mingəçevir – Kür üstündə nur şəhəri  

LIVE PRESS 20/01/2026 0
qurur-tariximiz
  • Ölkə

Qürur tariximiz

LIVE PRESS 20/01/2026 0
mustəqil-yasamaq-istəyinin-təcəssumu
  • Ölkə

Müstəqil yaşamaq istəyinin təcəssümü

LIVE PRESS 20/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb 
  • Mingəçevir – Kür üstündə nur şəhəri  
  • Qürur tariximiz
  • Müstəqil yaşamaq istəyinin təcəssümü
  • Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.