
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” 2002-ci il 5 iyun tarixli 89 nömrəli və “Azərbaycan Respublikas
№ 257
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 350 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 374 (Cild I) ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 10-cu hissəsində “xüsusi nəqliyyat vasitələrinə” sözləri “minik avtomobillərinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyun tarixli 177 nömrəli, 8 iyul tarixli 202 nömrəli, 15 iyul tarixli 210 və 212 nömrəli, 1 avqust tarixli 228 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş“ Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın 271250-ci maddəsində “Əmək zədəsi” sözləri “İstehsalat zədəsi” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin 271200-cü paraqrafının ikinci cümləsində və 271250-ci maddəsində “Əmək zədəsi” sözləri “İstehsalat zədəsi” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 10 ” “ sentyabr ” 2025-ci il