
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İ
№ 261
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 114-VIIQD nömrəli Qanununun və Azərbaycan Respublikası Prezidentinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 17 fevral tarixli 333 nömrəli və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun tətbiqi və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2025-ci il 17 fevral tarixli 334 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 aprel tarixli 83 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 373 (Cild I); 2024, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın 2.14-cü bəndinə “qəyyumluq və himayə orqanının” sözlərindən sonra “(himayədar ailəyə verilmiş yetkinlik yaşına çatmamış şəxslərə, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmamış şəxslərə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların)” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 398 (Cild I); 2024, № 7, maddə 931) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın 3.8-ci bəndində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya” sözləri “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 725 (Cild I); 2024, № 2, maddə 204, № 3, maddə 314) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.2-ci yarımbəndə “qəyyumluq və himayə orqanının” sözlərindən sonra “(himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların)” sözləri əlavə edilsin;
3.2. 4.1-ci bənddə “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I); 2024, № 1, maddə 110, № 7, maddə 931, № 9, maddə 1100) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası” nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.3.1.3-cü, 2.3.2-ci yarımbəndlərdə və 2.3.7-ci yarımbənddə (hər iki halda) “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin;
4.2. 2.3.9-cu yarımbənddə “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1641 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında və 1-ci hissəsində “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin;
5.2. preambulasında “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 1.13-cü bəndində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın” sözləri “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 780 (Cild I); 2024, № 1, maddə 115; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 iyul tarixli 195 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 4.10-cu bəndində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın” sözləri “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 503 (Cild I); 2024, № 3, maddə 330) ilə təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın 6.1.5-ci yarımbəndində “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 129 (Cild I) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.4-cü bənddə “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri birinci halda “uşaq” sözü ilə, ikinci halda “Uşaq” sözü ilə əvəz edilsin;
9.2. 1.5-ci bənddə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin;
9.3. 1.6-cı bənddə “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 11 ” “ sentyabr ” 2025-ci il