
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqı
№ 258
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 120-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195 (Cild I); 2024, № 2, maddə 210, № 9, maddə 1090; 2025, № 2, maddə 180) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 8.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 210; 2025, № 2, maddə 210) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”yə aşağıdakı məzmunda 4.6-4-cü bənd əlavə edilsin:
“4.6-4. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin talonun təqdim edilməsinə bərabər tutulur.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328, № 9, maddə 1090; 2025, № 2, maddə 180, № 3, maddə 282, № 5, maddə 507) ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.15-8-ci bənd əlavə edilsin:
“3.15-8. Sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulur.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 303, № 9, maddə 1090; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 14 iyul tarixli 209 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na aşağıdakı məzmunda 6.1-2-ci bənd əlavə edilsin:
“6.1-2. Kommersiya qurumları və publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini təsdiq edən sənədlərdə (dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, nizamnamə və ya nizamnaməyə dəyişiklikdə) göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 58 (Cild I) ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
“1.1-1. Arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Arayışda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi arayışın təqdim edilməsinə bərabər tutulur.”.
6. “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Qərarla təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na aşağıdakı məzmunda 4.11-ci bənd əlavə edilsin:
“4.11. Diplomda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Diplomda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi diplomun təqdim edilməsinə bərabər tutulur.”;
6.2. həmin Qərarla təsdiq edilmiş “Əsas (baza ali) tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na aşağıdakı məzmunda 4.14-cü bənd əlavə edilsin:
“4.14. Diplomda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Diplomda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi diplomun təqdim edilməsinə bərabər tutulur.”;
6.3. həmin Qərarla təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na aşağıdakı məzmunda 4.11-ci bənd əlavə edilsin:
“4.11. Diplomda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Diplomda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi diplomun təqdim edilməsinə bərabər tutulur.”;
6.4. həmin Qərarla təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na aşağıdakı məzmunda 4.11-ci bənd əlavə edilsin:
“4.11. Diplom və sertifikatda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.”;
6.5. həmin Qərarla təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na aşağıdakı məzmunda 5.16-cı bənd əlavə edilsin:
“5.16. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1031 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”na aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:
“1.4. Annuitet müqaviləsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Annuitet müqaviləsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin müqavilənin təqdim edilməsinə bərabər tutulur.”.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 197) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:
“2.6. Çıxarışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Çıxarışda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi çıxarışın təqdim edilməsinə bərabər tutulur.”.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2
(II kitab), maddə 379 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 320, № 12 (II kitab), maddə 1431; 2025, № 3, maddə 304; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 iyul tarixli 192 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na aşağıdakı məzmunda 3.9-cu bənd əlavə edilsin:
“3.9. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.”.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564 (Cild I); 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. Fərdi məşğulluq proqramında göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Fərdi məşğulluq proqramında göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi fərdi məşğulluq proqramının təqdim edilməsinə bərabər tutulur.”.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1349 (Cild I); 2024, № 3, maddə 314; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
“6. Yekun müddəa
Şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlarda və fərdi məşğulluq vərəqində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.”.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I); 2024, № 3, maddə 358, № 9, maddə 1106; 2025, № 4 (II kitab), maddə 421) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:
“1.2-1. Göndərişdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Göndərişdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi göndərişin təqdim edilməsinə bərabər tutulur.”.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 mart tarixli 101 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 362 (Cild I) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta şəhadətnaməsi”nin Nümunəvi forması”nın Qeyd hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“İcbari tibbi sığorta şəhadətnaməsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. İcbari tibbi sığorta şəhadətnaməsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi icbari tibbi sığorta şəhadətnaməsinin təqdim edilməsinə bərabər tutulur.”.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (IV kitab), maddə 687 (Cild I) ilə təsdiq edilmiş “Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”na aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:
“2.5. Könüllü tibbi sığorta şəhadətnaməsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Könüllü tibbi sığorta şəhadətnaməsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi könüllü tibbi sığorta şəhadətnaməsinin təqdim edilməsinə bərabər tutulur.”.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 929; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”na aşağıdakı məzmunda 5.3-1-ci bənd əlavə edilsin:
“5.3-1. Sosial ödənişlərin təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 10 ” “ sentyabr ” 2025-ci il