
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbayc
№ 270
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 aprel tarixli 378 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 79, № 9, maddə 1067; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1-ci bəndin “Tədbirlər” sütunu üzrə:
1.1.1. səkkizinci abzasa “təhsili olan” sözlərindən sonra “gözdən əlilliyinin müəyyən edilməsinə görə” sözləri əlavə edilsin və həmin abzasda “funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək gözdən əlilliyi müəyyən edilmiş vətəndaşların” sözləri “funksiyaları 61-100 faiz pozulmuş şəxslərin və ya əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;
1.1.2. doqquzuncu abzasa “bitirmiş” sözündən sonra “gözdən əlilliyinin müəyyən edilməsinə görə” sözləri əlavə edilsin və həmin abzasda “funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək gözdən əlilliyi müəyyən edilmiş gənclərin” sözləri “funksiyaları 61-100 faiz pozulmuş və ya əlilliyi olan gənclərin” sözləri ilə əvəz edilsin;
1.2. 5.4-cü bəndin dördüncü abzasının “Tədbirlər” sütununda (hər iki halda) “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596 (Cild I); 2024, № 3, maddə 335, № 9, maddə 1067; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 16-cı hissəsinin üçüncü və dördüncü abzaslarında “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53 (Cild I); 2024, № 7, maddə 930; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.9-cu bəndin birinci abzasında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin;
3.2. 1.13-cü bəndin birinci abzasında “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 629 (Cild I); 2024, № 5 (II kitab), maddə 579; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası”nın 5.2-ci bəndində “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlar” sözləri “əlilliyi müəyyən edilmiş məhkumlar və ya əlilliyi olan məhkum uşaqlar” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 634 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların gündəlik ərzaq normaları”nın “Qeyd” hissəsinin 2-ci bəndində “, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlara” sözləri “məhkumlara, əlilliyi olan məhkum uşaqlara” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073 (Cild I); 2024, № 3, maddə 311; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndinin üçüncü abzasında “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
7. “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1345 (Cild I) 2-ci hissəsində “, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “şəxslərə, əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 aprel tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 311 (Cild I) ilə təsdiq edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsi ilə təmin olunma qaydası və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının müstəsna halları”nın 9.4-cü bəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145 (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 612; 2025, № 1, maddə 90, № 3, maddə 282) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 6.3-cü bəndinin birinci cümləsində və 6.4-cü bəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 76 (Cild I) ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 3.2.2-ci yarımbənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
10.2. 3.2.4-3.2.6-cı və 3.2.8-ci yarımbəndlərdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 725 (Cild I); 2024, №2, maddə 204, №3, maddə 314) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. 3-cü hissənin adında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “Əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin;
11.2. 3.1-ci bənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin” sözləri “Əlilliyi olan uşağın” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I); 2024, № 1, maddə 110, № 7, maddə 931, № 9, maddə 1100) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
12.1. 1.3-cü bənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
12.2. 2.2-ci bənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “Əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin;
12.3. 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 452 (Cild I); 2024, № 7, maddə 916) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 1.2-ci, 2.2-ci və 3.2-ci bəndlərində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “Əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 320, № 12 (II kitab), maddə 1431; 2025, № 3, maddə 304; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 iyul tarixli 192 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
14.1. 1.2.2-ci yarımbənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin;
14.2. 5.22-ci bənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan uşağı” sözləri ilə əvəz edilsin.
15. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 202 nömrəli, 15 iyul tarixli 210, 212 nömrəli və 1 avqust tarixli 228 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
15.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.2.1.4-cü yarımbəndində “, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “şəxslər və əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin;
15.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
15.2.1. “270000. “Sosial ödənişlər” bölməsinin ikinci cümləsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
15.2.2. “271923. “Əlilliyi olan şəxslərə maddi və texniki yardımın təşkili” yarımmaddəsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 97 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 358 (Cild I); 2024, № 3, maddə 314, № 9, maddə 1104; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Sosial müəssisələrin Standartları”nın 3.2.1-ci yarımbəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1286 (Cild I); 2024, № 3, maddə 330; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 avqust tarixli 230 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin 4.11-ci bəndinin ikinci cümləsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1602 (Cild I); 2024, № 1, maddə 109, № 6 (II kitab), maddə 727) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
18.1. 2.7-2-ci bənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin” sözləri “əlilliyi olan uşağın” sözləri ilə əvəz edilsin;
18.2. 3.16-1-ci bənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “Əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin.;
18.3. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə – “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 1.1.1-ci, 1.1.2-ci, 1.1.3-cü, 1.1.4-cü, 1.1.5-ci, 1.1.6-cı, 1.2.4-cü, 1.3.1-ci, 1.3.2-ci, 1.3.3-cü, 1.3.4-cü, 1.3.5-ci, 1.4.10-cu, 1.5.1-ci, 1.5.2-ci, 1.6.1-ci, 1.6.2-ci, 1.6.3-cü, 1.7.1-ci, 1.8.1-ci, 1.8.2-ci, 1.8.3-cü, 1.9.1-ci, 1.9.2-ci, 1.9.3-cü, 1.9.4-cü, 1.10.1-ci, 1.10.2-ci, 1.10.4-cü, 1.10.5-ci, 1.15.5-ci yarımbəndlərinin “İstifadə müddəti” sütununda “18 yaşadək şəxslərin” sözləri “uşaqların” sözü ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1620 (Cild I) ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın 2.10-cu bəndində və həmin Qaydaya 1 nömrəli əlavə – “Fərdi Reabilitasiya Proqramı”nın 27-ci bəndinin cədvəlinin “Psixoloji-pedaqoji reabilitasiya tədbirlərinin adı” sütununun dördüncü sətrində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 521 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1622 (Cild I) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”nın 2.6-cı bəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414 (Cild I); 2024, № 1, maddə 110, № 4, maddələr 478, 479, № 5 (II kitab), maddə 611, № 9, maddə 1067) ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 1.1-ci bəndində və 4.5-ci bəndinin ikinci cümləsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 887 (Cild I); 2024, № 5 (II kitab), maddə 588) ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
22.1. 3.2.7-ci yarımbənddə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
22.2. 7.6.5-ci yarımbənddə “və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1530 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddələr 611, 617) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
23.1. 1.1-ci bənddən “, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra – əlilliyi olan şəxslər)” sözləri çıxarılsın;
23.2. 4.6-cı bənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
23.3. 4.8-ci bənd üzrə:
23.3.1. birinci cümlədə “I dərəcə əlilliyi olan şəxsin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin və ya əlilliyi olan” sözləri ilə əvəz edilsin;
23.3.2. ikinci cümlədə “I dərəcə əlilliyi olan şəxsləri və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsləri və ya əlilliyi olan” sözləri ilə əvəz edilsin və həmin cümlədən “və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların” sözləri çıxarılsın.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 929; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
24.1. 1.2-ci bənddə (hər iki halda) “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
24.2. 3.2-ci və 3.3-cü bəndlərdə, 4.1.12-ci yarımbənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
24.3. 4.1.3-cü və 4.1.4-cü yarımbəndlərdə “əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 17 ” “ sentyabr ” 2025-ci il