Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir.
  • Ölkə

Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir.

LIVE PRESS 30/01/2025
prz

Bu gün Azərbaycanın uğurlu inkişafı onu göstərir.

Biz son bir neçə il ərzində dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Ən sürətli inkişaf Azərbaycandadır. Dünya miqyasında bunu hamı görür, etiraf edir. Bizi istəməyənlər də məcburdurlar bunu etiraf etsinlər. Bakıya və bölgələrə gələn hər bir vətəndaş, hər bir xarici qonaq bu gözəlliyə, bu abadlığa, bu təmizliyə heyran qalır. Bunu biz yaratmışıq. Ona görə qəsəbələrin problemlərini də özümüz həll edəcəyik. Bugünkü müşavirə, ilk növbədə bu məsələlərlə bağlıdır və bu gün biz müzakirələr aparacağıq. Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin inkişafı ilə bağlı Sərəncamın imzalandığı gündən bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Daha dəqiq desək, adıçəkilən bölgənin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülmüşdür.

Şübhəsiz ki, enerji təminatının tam həlli, kanalizasiya sistemlərində yeni təmizləyici qurğuların qurulması, qəsəbədaxili xidmət obyektlərinin mədəni-məişət, texniki, tibbi avadanlıqla təmin edilməsi, həmçinin, idman qurğularının istifadəyə verilməsi gələcəkdə bu bölgədə turizmin inkişafı üçün münbit şərait yaradır.

Milli mədəni irsimizin mühüm tərkib hissəsi sayılan abidələr, məbədlər və bu qəbildən olan digər zəngin memarlıq nümunəsi sayıla bilən tikililər bərpa edilərək öz əvvəlki görünüşünə qaytarılmışdır. Buna misal olaraq, Qala kəndində bir növ möcüzələr aləmini xatırladan və tarixi-arxeoloji cəhətdən böyük əhəmiyyətli memarlıq nümunələrini göstərmək olar. Yeri gəlmişkən, görülən bu işlərdə böyük əməyi olmuş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva milli və vətəndaş təəssübkeşliyi, mədəni irsimizə göstərdiyi qayğı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə də insanların dərin rəğbətini qazanmış, diqqətə və hörmətə layiq işlər görmüşdür. Bakının kənd və qəsəbələrində diqqəti cəlb edən mühüm məqamlardan biri də onların hər birinin oxşar cəhətləri ilə yanaşı, həm də özünəməxsusluğu və bənzərsizliyidir. Burada hər bir kəndin və onun sakinlərinin uzun illər formalaşmış spesifik xüsusiyyətləri, etik davranış qaydaları, ənənəvi peşə, sənət və məşğulluq sahəsində olan fərqlər, hətta etno-linqvistik rəngarənglik mövcuddur. Başqa sözlə, adıçəkilən layihələrin uğurla həyata keçirilməsini təmin etməkdən ötrü bu bölgədəki spesifikliyin nəzərə alınması heç şübhəsiz ki, ümumi işimizin xeyrinə olardı.

Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.

 

 

 

 

 

 

 

 

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: İspaniya və Amerika təhlükəsizlik qüvvələri rus dənizçilərinin olduğu gəmini ələ keçirib.
Next: Tennisçi Medvedev ATP reytinqində yeddinci yerə düşüb,

Related Stories

si-cinpin-və-tramp-busan-səhərində-cin-abs-munasibətlərini-muzakirə-edəcəklər
  • Ölkə

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər

LIVE PRESS 29/10/2025
sabirabadda-istehsal-olunan-gubrələr-xaricə-də-ixrac-ediləcək  
  • Ölkə

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

LIVE PRESS 29/10/2025
agdamin-xidirli-və-agdərənin-həsənriz-kəndlərinə-novbəti-koc-karvani-yola-salinib  
  • Ölkə

Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  

LIVE PRESS 29/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər
  • Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  
  • Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  
  • Arzusu vətənin azadlığı idi…
  • “Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər si-cinpin-və-tramp-busan-səhərində-cin-abs-munasibətlərini-muzakirə-edəcəklər 1
  • Ölkə

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər

29/10/2025
Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək   sabirabadda-istehsal-olunan-gubrələr-xaricə-də-ixrac-ediləcək   2
  • Ölkə

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

29/10/2025
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb   agdamin-xidirli-və-agdərənin-həsənriz-kəndlərinə-novbəti-koc-karvani-yola-salinib   3
  • Ölkə

Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  

29/10/2025
Arzusu vətənin azadlığı idi… arzusu-vətənin-azadligi-idi… 4
  • Ölkə

Arzusu vətənin azadlığı idi…

29/10/2025
“Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da… “energy-china”-ilə-əməkdasligin-tarixi-qisa-olsa-da… 5
  • Ölkə

“Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…

29/10/2025

Bir daha bax

si-cinpin-və-tramp-busan-səhərində-cin-abs-munasibətlərini-muzakirə-edəcəklər
  • Ölkə

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər

LIVE PRESS 29/10/2025
sabirabadda-istehsal-olunan-gubrələr-xaricə-də-ixrac-ediləcək  
  • Ölkə

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

LIVE PRESS 29/10/2025
agdamin-xidirli-və-agdərənin-həsənriz-kəndlərinə-novbəti-koc-karvani-yola-salinib  
  • Ölkə

Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  

LIVE PRESS 29/10/2025
arzusu-vətənin-azadligi-idi…
  • Ölkə

Arzusu vətənin azadlığı idi…

LIVE PRESS 29/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər
  • Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  
  • Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  
  • Arzusu vətənin azadlığı idi…
  • “Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.