Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb  
  • Ölkə

Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb  

LIVE PRESS 02/11/2025
azərbaycanin-dəstəyi-ilə-keniyada-gənclərin-liderlik-və-innovasiya-mərkəzi-fəaliyyətə-baslayib  

Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb  

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə Keniyanın paytaxtı Nayrobi şəhərində Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Mərkəz gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də uğurlu karyera qurmaları üçün səyləri dəstəkləmək məqsədini daşıyır.

“Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyi və Keniya Xüsusi Təlim-Tədris İnstitutunun təşkilatçılığı ilə noyabrın 1-də baş tutmuş açılış mərasimində layihənin təşəbbüskarı, “Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyinin təsisçi himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto, AIDA-nın direktoru Elməddin Mehdiyev, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, habelə ictimai xadimlər və gənclər iştirak edib.

Ş. Ruto bir neçə dəfə səfərdə olduğu Azərbaycanın inkişafı, milli-mənəvi dəyərləri, inkişaf etməkdə olan ölkələrə dəstəyi barədə söz açıb. Ölkəmizin qazandığı nailiyyətlərin hər bir xalq və dövlət üçün ilham mənbəyi olduğunu dilə gətirib. Gənclərin Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, belə layihələrin, eləcə də “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təqaüdlərin xalqlarımız arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.

E. Mehdiyev Azərbaycanın bu layihəyə dəstəyinin, habelə təhsil təqaüdləri və Keniyada həyata keçirilmiş digər humanitar və inkişafa yardım məqsədli layihələrin Azərbaycan və Keniya arasında inkişaf edən münasibətlərin tərkib hissəsi olduğunu bildirib.

Səfir S. Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto arasında sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşün siyasi əhəmiyyətini vurğulayıb. O, AIDA xətti ilə reallaşan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Nayrobi tam orta məktəbinə və ölkənin bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə texniki təchizat yardımı göstərildiyini qeyd edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib, müxtəlif istiqamətlər üzrə, o cümlədən humanitar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Oyunu tərk edərkən çırpılan Barış Alperin reaksiyalarına reaksiya
Next: “Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib  

Related Stories

  • Ölkə

“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib YENİLƏNİB  

LIVE PRESS 02/11/2025
dsx:-otən-ay-dovlət-sərhədini-pоzduqlarina-gorə-21-nəfər-saxlanilib
  • Ölkə

DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

LIVE PRESS 02/11/2025
cempionlar-liqasi:-“araz-naxcivan”-futzal-klubu-1/8-finala-yuksəlib
  • Ölkə

Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubu 1/8 finala yüksəlib

LIVE PRESS 02/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • “ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib YENİLƏNİB  
  • DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
  • Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubu 1/8 finala yüksəlib
  • Serhat TV İdarə Heyətinin sədri: Azərbaycan torpaqlarının işğaldan azad edilməsini böyük həsrətlə gözləmişik  
  • “Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib YENİLƏNİB   1
  • Ölkə

“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib YENİLƏNİB  

02/11/2025
DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb dsx:-otən-ay-dovlət-sərhədini-pоzduqlarina-gorə-21-nəfər-saxlanilib 2
  • Ölkə

DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

02/11/2025
Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubu 1/8 finala yüksəlib cempionlar-liqasi:-“araz-naxcivan”-futzal-klubu-1/8-finala-yuksəlib 3
  • Ölkə

Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubu 1/8 finala yüksəlib

02/11/2025
Serhat TV İdarə Heyətinin sədri: Azərbaycan torpaqlarının işğaldan azad edilməsini böyük həsrətlə gözləmişik   serhat-tv-idarə-heyətinin-sədri:-azərbaycan-torpaqlarinin-isgaldan-azad-edilməsini-boyuk-həsrətlə-gozləmisik   4
  • Ölkə

Serhat TV İdarə Heyətinin sədri: Azərbaycan torpaqlarının işğaldan azad edilməsini böyük həsrətlə gözləmişik  

02/11/2025
“Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib   “art-weekend”-cərcivəsində-“nəfəs-–-soz-və-səsin-vəhdəti”-adli-novbəti-layihənin-təqdimati-kecirilib   5
  • Ölkə

“Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib  

02/11/2025

Bir daha bax

  • Ölkə

“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib YENİLƏNİB  

LIVE PRESS 02/11/2025
dsx:-otən-ay-dovlət-sərhədini-pоzduqlarina-gorə-21-nəfər-saxlanilib
  • Ölkə

DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

LIVE PRESS 02/11/2025
cempionlar-liqasi:-“araz-naxcivan”-futzal-klubu-1/8-finala-yuksəlib
  • Ölkə

Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubu 1/8 finala yüksəlib

LIVE PRESS 02/11/2025
serhat-tv-idarə-heyətinin-sədri:-azərbaycan-torpaqlarinin-isgaldan-azad-edilməsini-boyuk-həsrətlə-gozləmisik  
  • Ölkə

Serhat TV İdarə Heyətinin sədri: Azərbaycan torpaqlarının işğaldan azad edilməsini böyük həsrətlə gözləmişik  

LIVE PRESS 02/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • “ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib YENİLƏNİB  
  • DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
  • Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubu 1/8 finala yüksəlib
  • Serhat TV İdarə Heyətinin sədri: Azərbaycan torpaqlarının işğaldan azad edilməsini böyük həsrətlə gözləmişik  
  • “Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.