Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

LIVE PRESS 09/11/2025
azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib  

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

Azərbaycan Respublikasının İrandakı səfirliyi tərəfindən 8 Noyabr- Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, rəsmi qəbulda İran Parlamentinin deputatları, İran Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri, dövlət qurumlarının rəsmi şəxsləri, media təmsilçiləri və ictimaiyyətin nümayəndələri, xarici ölkələrin İrandakı səfirləri və Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin anılması və Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan rəsmi qəbulda ölkəmizin şanlı qələbəsini, ordumuzun nailiyyətlərini və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlar, ələ keçirdiyi hərbi qənimətlər haqqında iştirakçılara məlumat verib.

E.Qasımov Azərbaycan Silahlı Qüvvələrinin zəngin döyüş təcrübəsinin bir çox ölkələr tərəfindən öyrənildiyini, ordumuzun yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində durmağa daim hazır olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 30 ilə yaxın müddətdə davam edən səylərdən və səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu və ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdiyini bildirib. Səfir, 44 günlük Vətən müharibəsi ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini və möhkəm birliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Əli Əlizadə Azərbaycanın Zəfər müharibəsindən dərhal sonra beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip üzrə sülh müqaviləsi layihəsini təqdim etdiyini və bunun nəticəsində cari ilin avqustun 8-də Vaşinqtonda, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini parafladığını diqqətə çatdırıb. Diplomat, Azərbaycan Respublikası Prezidentinin birbaşa diqqət və qayğısı ilə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin bir daha Azərbaycanın regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərinin və qətiyyətinin təzahürü olduğunu qeyd edib. 30 ilə yaxın bir dövrdə işğal altında olmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsinin tam bərpa edilməsinin Azərbaycan-İran əlaqələrinə də öz xüsusi töhfəsini verdiyini vurğulayan Əli Əlizadə, qeyd olunan ərazilərdə də ağıllı kənd və şəhərlərin, geniş avtomobil yolları və dəmiryolunun, çoxsaylı infrastruktur layihərinin tikintisinin, kommunikasiya bağlantılarının yaradılmasının, İranla sərhəddə yeni Ağbənd-Kəlalə körpüsünün inşasının Azərbaycanın dost və qardaş İranla əlaqələrinin inkişafında və əməkdaşlığının daha da möhkəmləndiriməsində qətiyyətini bir daha təsdiq etdiyini diqqətə çatdırıb.

Əli Əlizadə, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək Zəfər Günü münasibətilə, eləcə də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik edib.

Rəsmi qəbul, milli mətbəximizin təamları ilə verilən ziyafət və azərbaycanlı musiqilərin ifası ilə davam edib. Qonaqlar həmçinin, Azərbaycanın Vətən müharibəsinə və Zəfər Gününə dair təşkil olunmuş foto sərgi ilə də tanış olublar.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  
Next: Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

Related Stories

eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

LIVE PRESS 09/11/2025
deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh  
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

LIVE PRESS 09/11/2025
“azergold”-“zəfər”-adli-yeni-qizil-sikkə-kolleksiyasini-təqdim-edib  
  • Ölkə

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

LIVE PRESS 09/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti
  • Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  
  • Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
  • “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  
  • Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti 1
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

09/11/2025
Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH   deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh   2
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

09/11/2025
Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib   azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib   3
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

09/11/2025
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib   “azergold”-“zəfər”-adli-yeni-qizil-sikkə-kolleksiyasini-təqdim-edib   4
  • Ölkə

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

09/11/2025
Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib   silahli-quvvələrimizin-doyus-imkanlari-5-il-əvvəllə-muqayisədə-əhəmiyyətli-dərəcədə-yuksəlib   5
  • Ölkə

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

09/11/2025

Bir daha bax

eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

LIVE PRESS 09/11/2025
deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh  
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

LIVE PRESS 09/11/2025
azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib  
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

LIVE PRESS 09/11/2025
“azergold”-“zəfər”-adli-yeni-qizil-sikkə-kolleksiyasini-təqdim-edib  
  • Ölkə

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

LIVE PRESS 09/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti
  • Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  
  • Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
  • “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  
  • Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.