Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycan-Çin əməkdaşlığı strateji maraqlar üzərində qurulub.
  • Ölkə

Azərbaycan-Çin əməkdaşlığı strateji maraqlar üzərində qurulub.

LIVE PRESS 01/10/2025
azərbaycan-cin-əməkdasligi-strateji-maraqlar-uzərində-qurulub 

Azərbaycan-Çin əməkdaşlığı strateji maraqlar üzərində qurulub 

 

Tarix boyu qüdrətli imperiyaların vətəni olan Çin həm də  bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi bir sıra mühüm kəşflərlə, ixtiralarla yadda qalmışdır. Bu yeniliklər cəmiyyət həyatının bütün sahələrində dirçəlişə, tərəqqiyə mühüm zəmin yaratmışdır. Çin xalqının böyük oğlu Sun Yatsen vaxtilə qeyd etmişdi ki, “Qərbdə elə bilirlər ki, Çin Avropadan 300 il geridə qalıb. Ancaq onlar bilmirlər ki, mətbəx sahəsində Avropa Çindən 3000 il geridə qalıb”.

Təsadüfi deyil ki, bu gün xalq təbabəti, səhiyyə, çeşidli qidalanma sahəsində çinlilərin əldə etdiyi nailiyyətlər insanları heyrətləndirməyə bilməz. Digər tərəfdən, tale bu zəhmətkeş xalqın üzünə gülmüş, onlara möhtəşəm Xuanxe və Yantszı çaylarının vadilərində yaşamaq nəsib olmuşdur. Müqayisə üçün deyək ki, Yantszı çayının sututumu Kür çayından 74 dəfə böyükdür. Bu çayların vadilərindən ildə iki, bəzən də üç dəfə məhsul götürmək mümkün olur.

Dünya ekspertlərinin gözləntilərini üstələyən proqnozlara görə, Çin iqtisadiyyatı 2025-ci ildə müsbət dinamika nümayiş etdirərək inamlı bir sürət götürmüşdür. Rəsmi məlumata görə, cari ilin ilk iki ayında bir sıra əsas göstəricilər nəzərəçarpacaq artım göstərmiş, məşğulluq nisbətən sabit qalmış, yeni keyfiyyətli məhsuldar qüvvələrin inkişafı dayanmadan davam etmişdir.

2025-ci ilin ilk altı ayı ərzində Çinin ümumi dövlət büdcəsinin xərcləri illik müqayisədə 3,4 faiz artaraq təxminən 1,98 trilyon dollara çatmışdır. Çinin ümumi daxili məhsulu 2025-ci ilin birinci yarısında 9,21 trilyon dollar olub. Ölkədə ümumi daxili məhsulun cari ildə təxminən 19,5 trilyon dollara çatacağı gözlənilir.

Hazırda Çinin qlobal iqtisadi artıma töhfəsi təxminən 30 faiz səviyyəsində qalır və 14-cü Beşillik planın (2021-2025) ilk dörd ilində Çində ümumi daxili məhsulun orta artım sürəti 5,5 faiz təşkil edib. Çin həmçinin ticarət sahəsində 140-dan çox ölkənin ən böyük tərəfdaşı olaraq qalır.

2025-ci ildə Çinin ən böyük ticarət tərəfdaşları ASEAN, Avropa İttifaqı (Aİ) və ABŞ olaraq qalır. Afrika ölkələri ilə əməkdaşlıq da artmaqdadır. Cari ilin birinci yarısından başlayaraq ASEAN Çinin güclü iqtisadi bərpası və şaxələndirilmiş ixrac strategiyaları sayəsində bu ölkə ilə ticarətdə Aİ və ABŞ-ni geridə qoyaraq lider mövqe tutacaqdır. ABŞ elektronika, maşınqayırma, mebel və tekstil daxil olmaqla, əsas ixracatla Çin mallarının ən böyük alıcısı olaraq qalır.

Güclü sənaye istehsalı və yüksək texnologiyalı sektorların inkişafı sayəsində Çin iqtisadiyyatının 2025-ci ildə 5 faizlik hədəfi keçərək güclü böyüməsi gözlənilir. İlin birinci yarısında artım 5,3 faiz, ikinci rübdə isə 5,2 faiz olub. “Yaşıl texnologiya”lara, elektrik nəqliyyat vasitələrinə, süni intellektə və biotəbabətə investisiyalar böyümənin əsas hərəkətverici qüvvəsi olub.

Müqayisə üçün qeyd edək ki, Amerika Birləşmiş Ştatları innovasiyalar və inkişaf etmiş istehlak bazarları ilə dəstəklənən 30,50 trilyon dollarlıq ümumi daxili məhsul ilə dünyanın ən böyük iqtisadiyyatı statusunu qoruyub saxlayır. Çin isə 19,23 trilyon dollarlıq ümumi daxili məhsulla ikinci ən böyük iqtisadiyyat olaraq qalır və qlobal istehsal mərkəzi kimi rolunu davam etdirir. Proqnozlara görə, Çin yaxın gələcəkdə nominal ümumi daxili məhsulda ABŞ-ni keçəcək və 2030-cu ilə qədər dünyanın ən böyük iqtisadiyyatına çevriləcək.

Cari ilin ikinci yarısında proqnozlaşdırılan yavaşlamaya baxmayaraq, Çin daxili tələbata və innovasiyalara diqqət yetirərək qlobal bazarda mövqeyini gücləndirməkdə davam edir. Hazırda kiçik və orta biznesə dəstək Çinin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib. Hökumət bu sektorları əhalinin rifahını yüksəltmək üçün ən vacib sahələr hesab edir. Bu məqsədlə təhsil sahəsinə olduqca ciddi fikir verilir. Bunun məntiqi nəticəsidir ki, təhsil səviyyəsinə görə ölkələrin reytinq cədvəlində Çin 2024-cü ildə 13-cü yerə yüksəlib.

Azərbaycan və Çin xalqları tarixin müxtəlif çağlarında bir-birilə iqtisadi və mədəni tellərlə sıx bağlı olmuşlar. Hələ orta çağlarda Azərbaycan şahlarının saraylarını Çin imperatorlarının göndərdiyi hədiyyələr – çini qablar, ipək şallar, pərdələr, xalatlar bəzəmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra iki ölkə arasında münasibətlər bərabərhüquqlu prinsiplər əsasında qurularaq keyfiyyətcə yüksək mərhələyə keçdi. Azərbaycanla Çin arasında 1992-ci ilin aprelində diplomatik münasibətlərin qurulmasından keçən dövr ərzində ikitərəfli əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Nəticədə 2025-ci il aprelin 23-də tərəflər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat imzalamışlar.

Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı surətdə dəstəkləmiş, həmişə ölkəmizin yanında olduğunu bəyan etmişdir. Azərbaycan isə “Vahid Çin” siyasətini hər zaman dəstəkləmişdir.

Tərəflər yüksəksəviyyəli görüşlər zamanı investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, azad ticarət sazişi üzrə danışıqlara başlanılması, beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günlərinin və turizmin təşviqi tədbirlərinin birgə təşkili və sair kimi sahələrdə bir sıra konkret razılıq əldə ediblər. Bu amil əməkdaşlığın dərinləşdirilməsinə və şaxələndirilməsinə daha geniş imkanlar açır.

ÇXR-in Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin 2024-cü il mayın 14-də Azərbaycana səfəri  siyasi münasibətlərin intensivliyini artırmış, parlamentlərarası əlaqələrə təkan vermişdi.

Azərbaycan ilə Çin hökumətləri arasında imzalanmış “Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında Kəmər və Yol Təşəbbüsü üzrə Əməkdaşlıq Planının formalaşdırılmasının birgə sürətləndirilməsinə dair Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının sübutudur.

Çin Azərbaycanın ilk idxal mənbəyidir və Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər.  Azərbaycanda Çin kapitalı ilə yaradılmış təxminən 375 şirkət qeydiyyatdan keçmişdir ki, onlardan 298-i aktiv fəaliyyət göstərir.

Bu ilin aprel ayında Bakıda keçirilmiş hökumətlərarası komissiyanın 10-cu iclasında Azərbaycanla Çin arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur və müvafiq razılaşmalar əldə edilmişdir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən investisiya əməkdaşlığı istiqamətində daha bir neçə sənəd 2025-ci il aprel ayının 17-də Pekində imzalanmışdır.

150-dən çox ölkəni birləşdirən “Bir kəmər, bir yol” təşəbbüsü təmiz texnologiyalar və rəqəmsal inteqrasiyanı inkişaf etdirmək məqsədi daşıyır. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Azərbaycan bu layihəni dəstəkləyərək ona ən çox investisya yatıran 2-ci investordur. Azərbaycan Çin iqtisadiyyatına 2,1 milyard dollardan çox, Çin isə Azərbaycan iqtisadiyyatına 1 milyard dollardan çox investisiya yatırmışdır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2024-cü il ərzində bu dəhliz vasitəsilə daşınan Çin yüklərinin həcmi 378 min tonu keçmişdir.

Azərbaycan Orta dəhlizin önəmini və cəlbediciliyini artırmaq məqsədilə ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirib. Habelə Şərqi Zəngəzur iqtisadi rayonu vasitəsilə Naxçıvana birləşəcək Zəngəzur dəhlizi (TRIPP) layihəsi Orta dəhlizin imkanlarını daha da artıracaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.  Azərbaycan bu ölkə ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin BYD şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusu və 100 ədəd elektrik enerji doldurucusu xüsusi sifarişlə ölkəmizə gətirilmişdir. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır. Azərbaycan “yaşıl enerji”yə keçidi prioritet hədəflərindən biri elan edib və bu mənada Çinin təcrübəsi faydalı ola bilər.

Strateji tərəfdaşlığımız eyni zamanda iqtisadiyyat, ticarət, nəqliyyat, investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızı həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin gedişində iştiraka xüsusi maraq göstərirlər. Onlar “ağıllı kənd” kimi layihələrin həyata keçirilməsində və hava limanları üçün avadanlıqların təchizatında iştirak ediblər. Proses indi də davam edir. Çinin bir çox şirkəti Qarabağın və Şərqi Zəngəzurun bərpasına öz töhfələrini verir.

Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Çində Azərbaycanın 7 Ticarət və Şərab evləri fəaliyyət göstərir. Azərbaycan Çinə neft və neft məhsulları, kimya və plastik sənaye məhsulları, spirtli və spirtsiz içkilər ixrac edir. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard dollar təşkil edib.

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Çinə ixracı 4,5 dəfə artaraq 60 milyon 120 min 360 dollara çatıb. Bununla yanaşı, Çindən idxalın həcmi 26,5 faiz artaraq 2 milyard 880 milyon 439,26 min dollar olub.

Mədəni əlaqələr güclənib. Tez-tez sərgilər keçirilir. 2024-cü ilin noyabrında Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi təşkil edilib. Stenddə həmçinin “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, o cümlədən şərab brendləri, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, nar şirəsi, konservlər nümayiş etdirilib.

Azərbaycan Pekində keçirilmiş 3-cü Çin Beynəlxalq Təchizat Zənciri Sərgisində və 4-cü Şanxay Əməkdaşlıq Təşkilatı Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edib. Sərgi çərçivəsində yüksək texnologiyalar, kənd təsərrüfatı, tikinti materialları, avadanlıq istehsalı, elektrik avtomobilləri və s. istiqamətlər üzrə fəaliyyət göstərən 50-dən çox şirkətlə danışıqlar aparılıb və onlara ölkəmizin biznes mühiti haqqında geniş məlumat verilib.

Son illər AMEA rəhbərliyi Çinin müxtəlif elm və təhsil ocaqları ilə əlaqələri yeni səviyyəyə yüksəldib. Bu proses 2024-cü ildə daha da intensivləşmişdir. AMEA prezidentinin rəhbərliyi ilə nümayəndə heyəti Çinə səfər etmiş və səfər zamanı mühüm sənədlər imzalanmışdır.

Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunda məktəblilər və tələbələr arasında Çin dilinə maraq göstərənlər əvvəlki illərdən çoxdur. İnstitut açılandan bəri burada 6000 tələbə təhsil almış, 400-dən artıq tədbirdə çox sayda insan iştirak etmişdir. Hər il 30-a yaxın gənc Çinə təqaüdlə təhsil almağa göndərilir. Eyni zamanda hər il 45-ə yaxın uşaq Çində yay məktəbində iştirak edir. Həmçinin BDU ilə Anxoy universiteti arasında ikili diplom haqqında sazişə uyğun olaraq bu il Şərqşünaslıq fakültəsinin 4 tələbəsi imtahan verib müsabiqən keçərək təhsillərini davam etdirmək üçün Çinə yollanmışlar.

Möhkəm əminliklə demək olar ki, Çinlə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu münasibətlər dəfələrlə zamanın sınağından üzüağ çıxmışdır. İki min ildən bəri Şərqlə Qərbi birləşdirən tarixi İpək yolu son illər ərzində canlanmağa başlayıb. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan bu yolun üzərində körpü rolunu oynayır. Qarşılıqlı ticarət-iqtisadi, mədəni əlaqələrin intensivləşməsi, tranzit yüklərin daşınmasının çoxalması Şərqlə Qərbin inteqrasiya prosesinə öz sanballı töhfəsini verəcəkdir.

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Next: İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb.

Related Stories

azərbaycan-numayəndə-heyəti-ebu-dabi-beynəlxalq-neft-sərgisi-və-konfransinda-istirak-edib  
  • Ölkə

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  

LIVE PRESS 03/11/2025
azərbaycan-prezidenti:-artiq-bir-cox-olkələrə-hərbi-təyinatli-məhsul-ixrac-edirik  
  • Ölkə

Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  

LIVE PRESS 03/11/2025
moldova-ilk-dəfə-unesco-icraiyyə-surasina-namizəd-olur
  • Ölkə

Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur

LIVE PRESS 03/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  
  • Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  
  • Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur
  • Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır  
  • Kənd təsərrüfatı nazirinin müavini Xızıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib   azərbaycan-numayəndə-heyəti-ebu-dabi-beynəlxalq-neft-sərgisi-və-konfransinda-istirak-edib   1
  • Ölkə

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  

03/11/2025
Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik   azərbaycan-prezidenti:-artiq-bir-cox-olkələrə-hərbi-təyinatli-məhsul-ixrac-edirik   2
  • Ölkə

Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  

03/11/2025
Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur moldova-ilk-dəfə-unesco-icraiyyə-surasina-namizəd-olur 3
  • Ölkə

Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur

03/11/2025
Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır   prezident:-bir-necə-aydir-ki,-qarabagda-və-sərqi-zəngəzurda-boyuk-geoloji-islər-aparilir   4
  • Ölkə

Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır  

03/11/2025
Kənd təsərrüfatı nazirinin müavini Xızıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb kənd-təsərrufati-nazirinin-muavini-xizida-vətəndaslarin-muraciətlərini-dinləyib,-fermerlərlə-gorusub 5
  • Ölkə

Kənd təsərrüfatı nazirinin müavini Xızıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

03/11/2025

Bir daha bax

azərbaycan-numayəndə-heyəti-ebu-dabi-beynəlxalq-neft-sərgisi-və-konfransinda-istirak-edib  
  • Ölkə

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  

LIVE PRESS 03/11/2025
azərbaycan-prezidenti:-artiq-bir-cox-olkələrə-hərbi-təyinatli-məhsul-ixrac-edirik  
  • Ölkə

Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  

LIVE PRESS 03/11/2025
moldova-ilk-dəfə-unesco-icraiyyə-surasina-namizəd-olur
  • Ölkə

Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur

LIVE PRESS 03/11/2025
prezident:-bir-necə-aydir-ki,-qarabagda-və-sərqi-zəngəzurda-boyuk-geoloji-islər-aparilir  
  • Ölkə

Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır  

LIVE PRESS 03/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edib  
  • Azərbaycan Prezidenti: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik  
  • Moldova ilk dəfə UNESCO İcraiyyə Şurasına namizəd olur
  • Prezident: Bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır  
  • Kənd təsərrüfatı nazirinin müavini Xızıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.