Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 
  • Ölkə

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

LIVE PRESS 29/01/2026 4 minutes read
azərbaycanin-ən-guclu-boksculari-muəyyənləsib 

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarının, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 33 komandanın 166 idmançısı qüvvəsini sınayıb. 7 gün davam edən turnirin son günündə kişilər arasında 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və digər federasiyaların rəsmiləri də izləyiblər.

Döyüşlərdən öncə Azərbaycan boksçularının 2025-ci il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videoçarx nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks üzrə milli komandaların beynəlxalq yarışlarda inamlı çıxışını, Sübhan Mamedovun 19 yaşında dünya çempionu olmasını yüksək qiymətləndirib. O, Azərbaycan çempionatının yüksək səviyyədə təşkilini, finallarda gənclərin üstünlük təşkil etdiyini və bunun sevindirici hal olduğunu xüsusi vurğulayıb.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 50 və 55 kiloqram çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Bilalhəbaşi Nəzərov, Nicat Hüseynov, Məhəmmədəli Aşırəliyev, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Abbasqulu Şadlinski, Murad Allahverdiyev, Ramal Həsənli, Rauf Rəhimov və Batraz Mildzoxov çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 6 qızıl, 2 gümüş və 5 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Dəmir Yumruq” Boks İdman Klubu (2-1-2) yiyələndiyi halda, “üçlüy”ü MOİK (1-1-5) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Qalib Əbiyev ən yaxşı rinq, Elxan Quliyev ən yaxşı yan hakim seçilib.

Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub. Lalə Mədətova (48 kiloqram), Cəmilə Sultanlı (51 kiloqram), Emili Rzayeva (60 kiloqram) və Fatimə Mehdiyeva (65 kq) çempion tituluna yiyələniblər.

Azərbaycan çempionatı

28 yanvar

Kişilər

50 kiloqram

1. Bilalhəbaşi Nəzərov (“Dəmir Yumruq” BİK)

2. Ucal Musayev (Naxçıvan MR)

3. Yusif Soltanov (“Neftçi” İK)

3. Kənan Babayev (MOİK)

55 kiloqram

1. Nicat Hüseynov (“Neftçi” İK)

2. Amin Məmmədzadə (“Qızıl əlcək” İK)

3. Zidan Hünbətov (“Dəmir Yumruq” BİK)

3. Zəlimxan Süleymanov (MOİK)

60 kiloqram

1. Məhəmmədəli Aşırəliyev (“Neftçi” İK)

2. Məhəmmədəli Qasımzadə (“Dəmir Yumruq” BİK)

3. Tağı Nəsibov (“Neftçi” İK)

3. Tayfur Əliyev (“Neftçi” İK)

65 kiloqram

1. Maqsud Xasmetov (“Abşeron” İK)

2. Malik Həsənov (“Neftçi” İK)

3. Əli Abdullayev (“Zabit Səmədov” DM)

3. Cəlal Qurbanov (MOİK)

70 kiloqram

1. Nəbi İsgəndərov (“Neftçi” İK)

2. Sərxan Əliyev (“Neftçi” İK)

3. Nicat Alırzayev (“Dəmir Yumruq” BİK)

3. Vüqar Məmmədov (DİN İC)

75 kiloqram

1. Abbasqulu Şadlinski (“Dəmir Yumruq” BİK)

2. Rasim Çobanlı (DİN İC)

3. Nurlan Məlikov (Sumqayıt)

3. Novruzəli Quliyev (MOİK)

80 kiloqram

1. Murad Allahverdiyev (“Neftçi” İK)

2. Həsən Osmanlı (“Qızıl əlcək” İK)

3. Ayxan Həsənov (FHN İK)

3. Fəqan Məmmədov (MOİK)

85 kiloqram

1. Ramal Həsənli (MOİK)

2. Ruslan Qəhrəmanov (DİN İC)

3. Seyfəli Yusifzadə (KNOUT)

3. İbrahim İsmayılov (Z-1 İK)

90 kiloqram

1. Rauf Rəhimov (“Neftçi” İK)

2. Sürət Qarayev (“Səbail” İK)

3. Bayram Əhədov (“Neftçi” İK)

3. Hüseyn Hüseynli (AHİTA)

+90 kiloqram

1. Batraz Mildzoxov (ABF)

2. Səbuhi Əlizadə (Gəncə)

3. Kənan Nəcəfov (Z-1 İK)

3. Mirxəyal Məmmədov (Gəncə).

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  
Next: Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

Related Stories

anama-ilə-macaristanin-keyfiyyət-və-eməkdasliq-ucun-minatəmizləmə-mərkəzi-arasinda-əməkdasliq-məsələləri-muzakirə-olunub  
  • Ölkə

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

LIVE PRESS 29/01/2026 0
nikol-pasinyan:-“qarabag-hərəkati”-movzusu-birdəfəlik-baglanmalidir  
  • Ölkə

Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  

LIVE PRESS 29/01/2026 0
yeni-beynəlxalq-audit-standartlarinin-olkədə-tətbiqi-hansi-cagirislar-formalasdirir?  
  • Ölkə

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

LIVE PRESS 29/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  
  • Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  
  • Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  
  • Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 
  • Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub   anama-ilə-macaristanin-keyfiyyət-və-eməkdasliq-ucun-minatəmizləmə-mərkəzi-arasinda-əməkdasliq-məsələləri-muzakirə-olunub   1
  • Ölkə

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

29/01/2026 0
Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır   nikol-pasinyan:-“qarabag-hərəkati”-movzusu-birdəfəlik-baglanmalidir   2
  • Ölkə

Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  

29/01/2026 0
Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?   yeni-beynəlxalq-audit-standartlarinin-olkədə-tətbiqi-hansi-cagirislar-formalasdirir?   3
  • Ölkə

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

29/01/2026 0
Azərbaycanın ən güclü boksçuları müəyyənləşib  azərbaycanin-ən-guclu-boksculari-muəyyənləsib  4
  • Ölkə

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

29/01/2026 0
Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA   azərbaycan-və-turkiyənin-sulh-surasinda-istiraki-iki-dovlətin-qlobal-siyasətdəki-rolunu-daha-da-artiracaq-–-aciqlama   5
  • Ölkə

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  

29/01/2026 0

Bir daha bax

anama-ilə-macaristanin-keyfiyyət-və-eməkdasliq-ucun-minatəmizləmə-mərkəzi-arasinda-əməkdasliq-məsələləri-muzakirə-olunub  
  • Ölkə

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

LIVE PRESS 29/01/2026 0
nikol-pasinyan:-“qarabag-hərəkati”-movzusu-birdəfəlik-baglanmalidir  
  • Ölkə

Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  

LIVE PRESS 29/01/2026 0
yeni-beynəlxalq-audit-standartlarinin-olkədə-tətbiqi-hansi-cagirislar-formalasdirir?  
  • Ölkə

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

LIVE PRESS 29/01/2026 0
azərbaycanin-ən-guclu-boksculari-muəyyənləsib 
  • Ölkə

Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 

LIVE PRESS 29/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  
  • Nikol Paşinyan: “Qarabağ hərəkatı” mövzusu birdəfəlik bağlanmalıdır  
  • Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  
  • Azərbaycanın ən güclü boksçuları müəyyənləşib 
  • Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq – AÇIQLAMA  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.