Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının yüzilliyi ilə əlaqədar olaraq Bərdə rayon Heydər Əliyev Mərkəzinə müntəzəm olaraq ekskursiyalar təşkil olunur.
LIVEPRESS.MEDIA xəbər verir ki, bu gün Bərdə Peşə Liseyinin tələbələri Mərkəzi ziyarət etmişdir.
Qonaqlara Ulu Öndərin uşaqlıq və gənclik illəri, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat verilmişdir.
Ekskursiya iştirakçıları dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
