
LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Kirov vilayətində yerli sakin 16 yaşlı yeniyetmə və onun atasını qətlə yetirməkdə şübhəli bilinir, Rusiya Federasiyası İstintaq Komitəsinin regional İstintaq İdarəsi bildirib. Kişi həbsdədir.
Hadisə avqustun 12-də Sançursk kəndindəki əyləncə müəssisələrindən birində baş verib. İstintaqın məlumatına görə, yerli sakinlər arasında münaqişə baş verib, nəticədə 45 yaşlı kişi 39 yaşlı rəqibinə və onun 16 yaşlı oğluna bıçaqla hücum edib. Aldıqları xəsarətlər nəticəsində bir ailənin üzvləri yerindəcə dünyasını dəyişib.
Polis hücum edənin şəxsiyyətini müəyyən edərək onu saxlayıb. Faktla bağlı iki nəfəri öldürmə maddəsi ilə cinayət işi başlanıb.