Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  
  • Ölkə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

LIVE PRESS 23/01/2026 9 minutes read
bas-prokuror-yaninda-korrupsiyaya-qarsi-mubarizə-bas-idarəsində-2025-ci-ilin-yekunlarina-həsr-olunmus-əməliyyat-musavirəsi-kecirilib  

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

Yanvarın 22-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları tərəfindən əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror bildirib ki, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünün keçirildiyi 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi, beynəlxalq hüququn effektivliyinə və qlobal idarəetmə mexanizmlərinə etibarın sarsıldığı bir vaxtda, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq dövlət quruculuğu fəlsəfəsinin ən ali və ülvi niyyəti kimi qəbul edilmiş, humanizm dəyərləri ilə zəngin olan Konstitusiyamızın və onun əsasında formalaşan milli qanunvericiliyimizin beynəlxalq hüququn ən mütərəqqi prinsipləri və fundamental insan hüquqları ilə mükəmməl bir vəhdət halında tətbiqinin formasıdır.

Çıxışda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və diqqəti, habelə Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu proses ölkəmizin həm daxili resurslara əsaslanan inkişaf modelinə sadiqliyini, həm də suverenliyini möhkəmləndirməkdə qətiyyətli olduğunu nümayiş etdirir. 2026-cı ilə qədəm qoyduğumuz bu dövrdə bərpa və quruculuq işləri artıq keyfiyyətcə yeni, daha genişmiqyaslı mərhələyə keçib.

2025-ci ilin dövlətimiz və Azərbaycan xalqı üçün bir sıra mühüm, eyni zamanda əlamətdar siyasi hadisələrlə yadda qalmasını xatırladan Baş prokuror 2025-ci il avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu nailiyyətin ölkəmizin və xalqımızın gələcək təhlükəsizliyinə hesablanmasını, bununla da uzun illər ikili siyasət zəminində müzakirə predmeti olmuş milli maraqlarımızın beynəlxalq səviyyədə rəsmiləşdirilməsini, eyni zamanda müqavilənin regional iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəyini iclas iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra çıxışda korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlərin daim diqqətdə saxlanıldığı, bu istiqamətdə müntəzəm olaraq hüquqi-institusional və normativ-hüquqi  tədbirlərin həyata keçirildiyi, müasir qloballaşma şəraitində transmilli mütəşəkkil cinayətkarlığın artan tendensiyaları və potensial təhlükələrin aktuallığı fonunda, hesabat dövrü ərzində beynəlxalq tərəfdaşlar və təşkilatlarla əməkdaşlığın dərinləşdirildiyi, eləcə də mövcud kommunikasiya platformalarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirildiyi qeyd olunaraq,  ötən ilin 19-23 may tarixlərində BMT-nin 128 ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış 237 qurumunu və müşahidəçi statusa malik 18 beynəlxalq təsisatı bir araya gətirən Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu İclasının paytaxt Bakıda yüksək peşəkarlıqla keçirilməsinin cinayətkarlığa və onun korrupsiya təzahürünə qarşı mübarizə sahəsində ölkəmizin beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 11671 müraciətinə baxılıb.

Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib.

Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 910 vətəndaşın qəbul edilməsi təmin edilib.

Qeyd edilən müddət ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Hesabat ili ərzində istintaqı başa çatdırılmış  cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror, vətəndaşların müraciətlərinə baxılması, xüsusilə “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq mühafizə orqanları və Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsi, zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqinə nail olunması məsələlərinə xüsusi önəm verilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində zəruri işlərin görülməsi, əməkdaşların müvafiq sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması və digər bu kimi məsələlər ətrafında təhlillər apararaq tapşırıq və tövsiyələrini verib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Kəşmirdə hərbi avtomobil dərəyə aşıb: 10 əsgər həlak olub
Next: Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır  

Related Stories

otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub  
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

LIVE PRESS 23/01/2026 0
astaralilar-otən-ilə-yekun-vurdular
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

LIVE PRESS 23/01/2026 0
zelenski:-prezident-tramp-ilə-gorus-məhsuldar-olub  
  • Ölkə

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

LIVE PRESS 23/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  
  • Astaralılar ötən ilə yekun vurdular
  • Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  
  • Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  
  • Azərbaycan Prezidentinin mükafata layiq görülməsi ədalətli sülhü tərənnüm edir

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub   otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub   1
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

23/01/2026 0
Astaralılar ötən ilə yekun vurdular astaralilar-otən-ilə-yekun-vurdular 2
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

23/01/2026 0
Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub   zelenski:-prezident-tramp-ilə-gorus-məhsuldar-olub   3
  • Ölkə

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

23/01/2026 0
Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub   azərbaycanda-otən-il-258-mindən-cox-səxsə-proaktiv-qaydada-pensiya,-muavinət-və-təqaud-təyin-olunub   4
  • Ölkə

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

23/01/2026 0
Azərbaycan Prezidentinin mükafata layiq görülməsi ədalətli sülhü tərənnüm edir azərbaycan-prezidentinin-mukafata-layiq-gorulməsi-ədalətli-sulhu-tərənnum-edir 5
  • Ölkə

Azərbaycan Prezidentinin mükafata layiq görülməsi ədalətli sülhü tərənnüm edir

23/01/2026 0

Bir daha bax

otən-il-qəsdən-torədilən-hucumlarda-bmt-nin-21-əməkdasi-həlak-olub  
  • Ölkə

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

LIVE PRESS 23/01/2026 0
astaralilar-otən-ilə-yekun-vurdular
  • Ölkə

Astaralılar ötən ilə yekun vurdular

LIVE PRESS 23/01/2026 0
zelenski:-prezident-tramp-ilə-gorus-məhsuldar-olub  
  • Ölkə

Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  

LIVE PRESS 23/01/2026 0
azərbaycanda-otən-il-258-mindən-cox-səxsə-proaktiv-qaydada-pensiya,-muavinət-və-təqaud-təyin-olunub  
  • Ölkə

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

LIVE PRESS 23/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  
  • Astaralılar ötən ilə yekun vurdular
  • Zelenski: Prezident Tramp ilə görüş məhsuldar olub  
  • Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  
  • Azərbaycan Prezidentinin mükafata layiq görülməsi ədalətli sülhü tərənnüm edir
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.