Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında işgüzar səfərdə olub  
  • Ölkə

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında işgüzar səfərdə olub  

LIVE PRESS 27/01/2026 4 minutes read
bas-prokurorun-rəhbərlik-etdiyi-numayəndə-heyəti-bəhreyn-kralliginda-isguzar-səfərdə-olub  

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında işgüzar səfərdə olub  

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə yanvarın 24-26-da Manama şəhərində işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bəhreyn Dövlət Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost ölkədir və uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini, o cümlədən ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib.

Öz növbəsində, Ali bin Fadhel Al Buainainin qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, daha öncə ölkəmizə etdiyi işgüzar səfərlərin xüsusilə yaddaqalan olmasını qeyd edib.

Görüşdə 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına qarşı, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Bəhreyn Dövlət Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarının qorunması, alternativ cəzaların tətbiqi və cəzaların icrası üzərində prokuror nəzarəti, mülki işlərdə dövlət maraqlarının müdafiəsində prokurorluğun rolu, həmçinin məhkumların sosial reabilitasiyası ilə bağlı Bəhreyn Dövlət Prokurorluğunun təcrübəsi barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti ilə Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa arasında görüş keçirilib.

Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında intensiv və məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd edilib, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Bəhreyn Krallığının ədliyyə, islam işləri və vəqf naziri Navaf Mohamed Al Maavda arasında da ikitərəfli görüş keçirilib.

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrdən məmnunluq ifadə edilib, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn Krallığının mədəni-tarixi abidələrini ziyarət edərək ölkə mədəniyyəti ilə yaxından tanış olub.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Next: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Related Stories

“azərbaycan-respublikasinin-vergi-məcəlləsində,-“tutun-və-tutun-məmulati-haqqinda”,-“reklam-haqqinda”-və-“tutun-məmulatlarinin-istifadəsinin-məhdudlasdirilmasi-haqqinda”-azərbaycan-respublikasinin-qanunlarinda-dəyisiklik-edilməsi-barədə”-azərbaycan-respub
  • Ölkə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub

LIVE PRESS 27/01/2026 0
erməni-vandalizminin-daha-bir-qurbani-xudavəng-monastiri  
  • Ölkə

Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  

LIVE PRESS 27/01/2026 0
“azərbaycan-respublikasinin-inzibati-xətalar-məcəlləsində-dəyisiklik-edilməsi-haqqinda”-azərbaycan-respublikasinin-2025-ci-il-30-dekabr-tarixli-334-viiqd-nomrəli-qanununun-tətbiqi-və-bununla-əlaqədar-azərbaycan-respublikasi-prezidentinin-bəzi-fərmanlarind
  • Ölkə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarınd

LIVE PRESS 27/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”
  • Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb
  • Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi
  • Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil”

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri) gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri) 1
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

27/01/2026 0
Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik” sergen-yalcindan-transfer-sistemi:-“hansi-futbolcuya-getsək,-20-30-milyon-avro-odəyəcəyik” 2
  • Idman

Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”

27/01/2026 0
Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb serdal-adali-final-fitindən-sonra-“besiktas”in-transferləri-ucun-tarix-aciqlayib 3
  • Idman

Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb

27/01/2026 0
Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi qol-duelində-qalib-yoxdur.-eyupspor-və-besiktas-məglub-ola-bilmədi 4
  • Idman

Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi

27/01/2026 0
Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil” pep-qvardiola-“qalatasaray”dan-əvvəl-aciqlama-verdi:-“10-futbolcum-matcda-deyil” 5
  • Idman

Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil”

27/01/2026 0

Bir daha bax

gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri)
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

Jurnalist 27/01/2026 0
sergen-yalcindan-transfer-sistemi:-“hansi-futbolcuya-getsək,-20-30-milyon-avro-odəyəcəyik”
  • Idman

Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”

Jurnalist 27/01/2026 0
serdal-adali-final-fitindən-sonra-“besiktas”in-transferləri-ucun-tarix-aciqlayib
  • Idman

Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb

Jurnalist 27/01/2026 0
qol-duelində-qalib-yoxdur.-eyupspor-və-besiktas-məglub-ola-bilmədi
  • Idman

Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi

Jurnalist 27/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”
  • Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb
  • Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi
  • Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil”
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.