LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Rusiya Hərbi Hava Desant Qüvvələrinin istefada olan general-mayoru, Sovet İttifaqı Qəhrəmanı Aleksandr Soluyanov 69 yaşında vəfat edib.
Kədərli xəbəri Rusiya Paraşütçülər İttifaqının mərkəzi idarə heyətinin üzvü Valeri Yuryev bildirib.
Soluyanov Lyube qrupunun “Batyanya-batalyon komandiri” mahnısının qəhrəmanıdır.
Məşhur paraşütçüyə 1984-cü il noyabrın 23-də Sovet İttifaqı Qəhrəmanı adı Əfqanıstanda sovet qoşunlarının məhdud kontingentinin tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə verilib. O vaxt hələ mayor olan Soluyanov paraşüt batalyonuna komandirlik edirdi.
1982-ci ilin may-iyun aylarında Əfqanıstanın Pərvan vilayətində böyük silahlı dəstələrin məhv edilməsi əməliyyatı zamanı Soluyanovun batalyonu 300-dən çox üsyançını əsir götürdü, həmçinin üç silah-sursat anbarını ələ keçirdi. Komandir verilən tapşırıqları şəxsi heyət itkisi olmadan yerinə yetirdi.
1984-cü ilin fevralında Soluyanovun komandanlığı altında olan bölmə dominant yüksəkliklərə basqın edərək düşməni mövqelərindən darmadağın etdi.
Dekabrın 19-da Soluyanovun 70 yaşı tamam olacaqdı.