“Beşiktaş”ın cənubi koreyalı mərkəz hücumçusu Hyeon-gyu Oh imza günü ağ-qara azarkeşlərlə görüşüb.
LivePress Türkiyə mediasına istinadən xəbər verir ki, Tüpraş Stadionu Kartal Yuvası Mağazasında keçirilən tədbirdə 24 yaşlı futbolçu formalarına imza atarkən azarkeşlərin foto istəklərini rədd etməyib.
Tədbirdə Beşiktaş Klubunun vitse-prezidenti Kaan Kasacı, Voleybol Fəaliyyətlərindən Məsul Xəzinədar və İdarə Heyətinin üzvü Çağatay Abraş, Əmlak və İnvestisiyalar və Qadın Futbolu və Gimnastika Fəaliyyətlərindən Məsul İdarə Heyətinin üzvü Merve Öztopaloğlu və Qartal Yuvalarından məsul İdarə Heyətinin üzvü Mehmet Sarımer iştirak edib.