Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider
  • Ölkə

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

LIVE PRESS 22/01/2026 5 minutes read
beynəlxalq-platformalarda-ehtiramla-qarsilanan-lider

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

Siyasi və iqtisadi strategiyaların sinxronlaşdığı məkan olan Ümumdünya İqtisadi Forumu müasir beynəlxalq münasibətlər sistemində nüfuzlu platformalardan biri hesab edilir. 

Hər il İsveçrənin Davos şəhərində keçirilən bu tədbir dövlət və hökumət başçılarını, beynəlxalq maliyyə institutlarını, aparıcı transmilli korporasiyaların rəhbərlərini, tanınmış iqtisadçıları, politoloqları və media nümayəndələrini bir araya gətirir. 

Forum çərçivəsində qlobal iqtisadi artım, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, geosiyasi risklər, regional münaqişələr və davamlı inkişaf məsələləri kompleks şəkildə müzakirə olunur. Davos forumu diskussiya platforması olmaqla yanaşı, qlobal siyasətin qeyri-rəsmi koordinasiya məkanı kimi çıxış edir. Burada baş tutan ikitərəfli və çoxtərəfli görüşlər, panel müzakirələri və xüsusi formatlı tədbirlər gələcək beynəlxalq əməkdaşlıq modellərinin formalaşmasına birbaşa təsir göstərir. 

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər ölkəmizin beynəlxalq sistemdə artan rolunun, regional və qlobal proseslərə təsir imkanlarının göstəricisidir. Bu görüşlər həm də göstərir ki, Prezident İlham Əliyev Davos platforması çərçivəsində intensiv və çoxşaxəli diplomatik fəaliyyət həyata keçirir. 

Prezident İlham Əliyevin forumda budəfəki iştirakının proqramı da zəngindir. Braziliyanın “BTG Pactual” şirkətinin sədri, “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru, “Carlsberg Group” şirkətinin baş icraçı direktoru, İraq Kürdüstan Regionunun Baş naziri, “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti, “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru, “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti, “Brookfield Asset Management” şirkətinin prezidenti və digərləri ilə görüşlər təsdiq edir ki, Prezident İlham Əliyevlə görüşə maraq böyükdür. Həmin görüşlər Azərbaycandakı əlverişli biznes mühitinin beynəlxalq səviyyədə təqdir olunduğunu nümayiş etdirir. 

Həmçinin Finlandiya və İsrail prezidentləri, Çexiyanın Baş naziri, Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri və digər nüfuzlu siyasətçilər ilə görüşlər Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi göstərir. Bu görüşlərin əsasən qarşı tərəfin istəyilə baş tutması Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun bariz nümunəsidir. 

Forum çərçivəsində çoxşaxəli görüşlər Azərbaycanın dünya siyasətində də aktiv və etibarlı iştirakçı olduğunu bir daha sübut edir. Bu fakt dövlətimizin başçısının bütün platformalarda hörmətlə qarşılanan, güclü və praqmatik lider olduğunu nümayiş etdirir.

Dövlət başçısının enerji və maliyyə sektorunun aparıcı aktorları ilə görüşləri Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Xüsusilə “Vestas Wind Systems”, “DP World”, “BlackRock” və “J.P.Morgan” kimi qurumlarla aparılan müzakirələr “yaşıl enerji” layihələri, nəqliyyat-logistika dəhlizləri və uzunmüddətli investisiya perspektivləri baxımından strateji əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan təkcə enerji ixracatçısı yox, eyni zamanda regional sabitliyin təminatçısı və qlobal iqtisadi proseslərin fəal iştirakçısı kimi çıxış edir. 

Yanvarın 20-də forum çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə göstərilən maraq dövlətimizin başçısının beynəlxalq iqtisadi və regional məsələlərdə formalaşdırdığı strateji baxışın nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də Azərbaycan liderinə olan yüksək marağın bariz nümunəsidir. Müsahibədə dövlətimizin başçısına ünvanlanan suallar regional təhlükəsizlik, enerji siyasəti, Cənubi Qafqazda sülh perspektivləri və qlobal çağırışlar kontekstində Azərbaycanın mövqeyinə fokuslanıb. Bu fakt onu göstərir ki, Prezident İlham Əliyev qlobal miqyasda rəy formalaşdıran siyasi liderdir. 

Ümumdünya İqtisadi Forumunun Davos toplantısı bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda ehtiramla qarşılanan liderdir. Davosda müşahidə olunan mənzərə həm də onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə uğurla təmin edir. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Çempionlar Liqası. “Bavariya” 1/8 finalı təmin edib
Next: “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

Related Stories

parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

LIVE PRESS 22/01/2026 0
2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 0
bolgələrdə-də-huzn-qurura-qarisdi
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

LIVE PRESS 22/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Bölgələrdə də hüzn qürura qarışdı
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
  • “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib 1
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

22/01/2026 0
2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub 2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub 2
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

22/01/2026 0
Bölgələrdə də hüzn qürura qarışdı bolgələrdə-də-huzn-qurura-qarisdi 3
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

22/01/2026 0
Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib   qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib   4
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

22/01/2026 0
“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib “20-yanvar-gənclərin-gozu-ilə”-adli-tədbir-kecirilib 5
  • Ölkə

“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

22/01/2026 0

Bir daha bax

parlamentin-elm-və-təhsil-komitəsinin-yaz-sessiyasinda-ilk-iclasi-kecirilib
  • Ölkə

Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

LIVE PRESS 22/01/2026 0
2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 0
bolgələrdə-də-huzn-qurura-qarisdi
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

LIVE PRESS 22/01/2026 0
qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib  
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

LIVE PRESS 22/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Bölgələrdə də hüzn qürura qarışdı
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
  • “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.