Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Bilmək istəyirəm
  • Ölkə

Bilmək istəyirəm

LIVE PRESS 26/01/2026 7 minutes read

 

– Güclü yağışdan sonra həyətimi su basıb, su evə dolub və mənzilə ciddi ziyan dəyib. Bu halda kömək üçün hara müraciət etməliyəm və dəymiş ziyana görə kim kompensassiya ödəməlidir?

Seyidağa MƏMMƏDOV,

Abşeron rayonu

 

– Yağışdan sonra həyət və evinizi su basmasına görə hara müraciət edəcəyiniz barədə bildiririk ki, əgər hələ də təhlükə mövcuddursa və kömək lazımdırsa,  ilkin olaraq Fövqəladə Hallar Nazirliyinə (112) müraciət edib kömək çağırın. Əgər həyətinizin (torpaq sahəsinin) və ya evinizin sığortası varsa, dərhal sığorta şirkəti ilə əlaqə saxlayın və baş vermis sığorta hadisəsini bildirin.

Dəymiş ziyan məsələsinə gəlincə, burada ilk növbədə zərərin rəsmi qeydiyyatı müəyyən edilməlidir, çünki gələcəkdə kompensasiya və ya iddia tələbi üçün bu, çox vacibdir. Odur ki, həyətin (torpaq sahəsinin) və ya evin yerləşdiyi ərazi üzrə bələdiyyəyə və ya rayon icra hakimiyyətinə müraciət edərək onlardan yağışdan sonra su basması ilə əlaqədar akt (protokol) tərtib etmələrini tələb edin.  Tərtib edilmiş akt hadisənin mövcudluğu və ziyanın baş verməsi faktının rəsmi sənədi olacaq və gələcəkdə irəli sürüləcək iddialar üçün başlıca sənəd (sübut) sayılacaqdır. Həmçinin sübut qismində subasma nəticəsində zərər görmüş əşyaların şəkil və videolarını çəkmək çox faydalıdır.

Dəymiş ziyana görə məsuliyyət məsələsinə gəlincə, sadəcə güclü yağış nəticəsində yaranmış təbii fəlakətlərdə dövlətin birbaşa hər ziyana kompensasiya ödəmək məcburiyyəti yoxdur. Amma bəzi hallarda fövqəladə hallar nəticəsində böyük ziyan olduqda (məsələn, geniş daşqınlarda və s.), dövlət xüsusi qərarla zərərçəkmiş vətəndaşlara yardım və kompensasiya nəzərdə tuta bilər. Əgər belə bir xüsusi qərar mövcuddursa o zaman ondan yararlanmaq üçün ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərsiniz. Əgər zərər obyektiv olaraq sizin xaricinizdə, amma müəyyən bir şəxsin və ya qurumun məsuliyyətsizliyi (məsələn, kanalizasiya sisteminin düzgün işləməməsi, ərazidə düzgün qurulmamış drenaj şəbəkəsi, MTK və ya idarəetmə şirkətinin düzgün olmayan xidməti və s.) nəticəsində yaranıbsa, onda o şəxslərə qarşı mülki iddia qaldıra bilərsiniz.

 

–  Əmək Məcəlləsində dəyişiklik edilib. Yeni dəyişikliyə görə, azı 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin sırasına Azərbaycan Respublikasının ən yüksək təltiflərinə layiq görülmüş şəxslər də daxildir. 

Bilmək istəyirəm, əməkdar ad və “Tərəqqi” medalı bu kateqoriyaya aiddirmi? Ümumiyyətlə, “ən yüksək təltif” anlayışı altında konkret olaraq hansı dövlət mükafatları nəzərdə tutulur?

Musa ƏLİYEV,

Bakı şəhəri

 

– Sualınıza cavab olaraq bildiririk ki, 16 yanvar 2026-cı il tarixli qanunun 1.70-ci bəndinə görə, Əmək Məcəlləsinin 120-ci maddəsi yeni redaksiyada verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 120-ci (Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarına, Azərbaycanın Milli qəhrəmanlarına, Sovet İttifaqı qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Göründüyü kimi, normada Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilər də nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 10 noyabr 1992-ci il tarixli qanunun 1-ci bəndinə görə, Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordenidir. Odur ki, əməkdar ad və “Tərəqqi” medalı Azərbaycan Respublikasının ən yüksək təltifi hesab olunmur.

Bundan başqa, “Azərbaycan Respublikasının ən yüksək təltifi” ilə “Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi”ni və “Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi”ni də bir-birindən fərqləndirmək lazımdır. Belə ki, 12 iyul 1995-ci il tarixli qanunla təsdiq edilmiş “”Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında” Əsasnamənin 1-ci bəndinə görə,  “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Həmçinin 26 noyabr 2020-ci il tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

 

Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bir həftə yox idi, 9 ay kosmosda qapalı qaldı. Rekord qıran astronavt təqaüdə çıxdı
Next: Elon Musk: Gələn ilin sonunda pilotsuz robotların satışına başlayacağıq

Related Stories

nazir:-zəngəzur-dəhlizi-orta-dəhlizin-buraxilis-qabiliyyətini-artiracaq
  • Ölkə

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

LIVE PRESS 26/01/2026 0
kiyevdə-800-min-insan-hələ-də-elektrik-enerjisiz-qalir
  • Ölkə

Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır

LIVE PRESS 26/01/2026 0
fhn-fuzulidə-buz-baglamis-yollarda-koməksiz-vəziyyətdə-qalan-vətəndaslara-komək-edib
  • Ölkə

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

LIVE PRESS 26/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq
  • Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır
  • FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib
  • Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü
  • Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq nazir:-zəngəzur-dəhlizi-orta-dəhlizin-buraxilis-qabiliyyətini-artiracaq 1
  • Ölkə

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

26/01/2026 0
Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır kiyevdə-800-min-insan-hələ-də-elektrik-enerjisiz-qalir 2
  • Ölkə

Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır

26/01/2026 0
FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib fhn-fuzulidə-buz-baglamis-yollarda-koməksiz-vəziyyətdə-qalan-vətəndaslara-komək-edib 3
  • Ölkə

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

26/01/2026 0
Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü okan-burukun-rekord-gecəsi:-super-liqa-tarixinə-dusdu 4
  • Idman

Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü

26/01/2026 0
Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir fənərbaxca-goztəpə-matci-nə-vaxt,-saat-necədə-və-hansi-kanalda?-“fənərbaxca”-məglubiyyətsizlik-seriyasini-davam-etdirmək-istəyir 5
  • Idman

Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir

26/01/2026 0

Bir daha bax

nazir:-zəngəzur-dəhlizi-orta-dəhlizin-buraxilis-qabiliyyətini-artiracaq
  • Ölkə

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

LIVE PRESS 26/01/2026 0
kiyevdə-800-min-insan-hələ-də-elektrik-enerjisiz-qalir
  • Ölkə

Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır

LIVE PRESS 26/01/2026 0
fhn-fuzulidə-buz-baglamis-yollarda-koməksiz-vəziyyətdə-qalan-vətəndaslara-komək-edib
  • Ölkə

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

LIVE PRESS 26/01/2026 0
okan-burukun-rekord-gecəsi:-super-liqa-tarixinə-dusdu
  • Idman

Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü

Jurnalist 26/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq
  • Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır
  • FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib
  • Okan Burukun rekord gecəsi: Super Liqa tarixinə düşdü
  • Fənərbaxça-Göztəpə matçı nə vaxt, saat neçədə və hansı kanalda? “Fənərbaxça” məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.