Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Bilmək istəyirəm
  • Ölkə

Bilmək istəyirəm

LIVE PRESS 09/11/2025
bilmək-istəyirəm

Bilmək istəyirəm

– “Torpaq sahəsini icarəyə götürüb əkinçilik və ya bitkiçiliklə məşğul olmaq istəyirəm. Lakin mənə bildiriblər ki, qanunvericiliyə əsasən, həmin sahədəki ağac və kolları – yaşıllıqları qırmaq qadağandır. Bu, həqiqətənmi belədir?


Tofiq MƏMMƏDOV,

Abşeron rayonu

Bu məsələ “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Digər əsas normativ sənəd isə Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”dır.

Qanunvericiliyə əsasən, istər ağac, istər kol, istərsə də digər bitkilər yaşıllıq hesab olunur.

Əgər yaşıllıqlar və ya torpaq sahəsi şəxsin öz xüsusi mülkiyyətindədirsə, o zaman mülkiyyətçi yaşıllıqlarla bağlı öz ərazisində istədiyi dəyişiklikləri edə bilər. Bununla belə əgər torpaq sahəsi dövlət və ya bələdiyyə mülkiyyətində olub icarə əsasında götürülübsə, bu halda həmin ərazidə yerləşən yaşıllıqların kəsilməsi və ya götürülməsi yalnız müvafiq icazə ilə mümkündür. Belə hallarda icarəçi (yəni torpaq sahəsini dövlət və ya bələdiyyədən icarəyə götürən şəxs) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinə müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə olunur:

1. Ərizəçinin şəxsiyyətini və hüquqi statusunu təsdiq edən sənədlər (fiziki şəxsdirsə, şəxsiyyət vəsiqəsi, hüquqi şəxsdirsə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.);

2. Torpaq sahəsinin icarəyə götürülməsini təsdiq edən sənəd (icarə müqaviləsi);

3. Yaşıllığın götürülməsinə dair əsaslandırılmış müraciət – yəni hansı səbəbdən yaşıllığın götürülməsinin zəruri olduğu göstərilməlidir.

Bu sənədlər təqdim edildikdən sonra nazirliyin yerli şöbəsi məsələ ilə bağlı rəy verir. Yalnız müsbət rəy olduqda yaşıllıqların götürülməsi həyata keçirilə bilər.

Əgər şəxs yaşıllıqları özbaşına kəsərsə və ya götürərsə, bu hal inzibati xəta sayılır və müvafiq inzibati məsuliyyət daşıyır.

Eyni zamanda torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqavilədə əgər xüsusi olaraq göstərilməyibsə ki, icarəçi yaşıllıqları sərəncamına alıb kəsə və ya dəyişdirə bilər, icarəçinin belə bir hüququ yaranmır. Dövlətin və ya bələdiyyənin mülkiyyətində olan torpaqlarda yaşıllıqlar dövlət əmlakı hesab olunur və onların qorunması zəruridir.

Yalnız o hallarda icarə müqaviləsində sahənin istifadə məqsədi aydın şəkildə göstərilibsə (məsələn, istirahət zonasının, ticarət mərkəzinin və s. tikintisi üçün) və layihənin icrası üçün bəzi yaşıllıqların götürülməsi zəruridirsə, o zaman bu, Qaydalara uyğun olaraq razılaşdırıla bilər.

Digər halda yaşıllıqların özbaşına götürülməsi qadağandır və hüquqi məsuliyyətə səbəb olur.

Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bir daha Zəfərin qürurunu yaşadıq
Next: Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib  

Related Stories

azərbaycanin-elcəzairdəki-səfiri:-azərbaycan-ordusu-xalqin-birliyi-və-ali-bas-komandanin-qətiyyətli-rəhbərliyi-ilə-zəfər-əldə-edib  
  • Ölkə

Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib  

LIVE PRESS 09/11/2025
bir-daha-zəfərin-qururunu-yasadiq
  • Ölkə

Bir daha Zəfərin qürurunu yaşadıq

LIVE PRESS 09/11/2025
suverenliyimizin-və-milli-kimliyimizin-rəmzi  
  • Ölkə

Suverenliyimizin və milli kimliyimizin rəmzi  

LIVE PRESS 09/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib  
  • Bilmək istəyirəm
  • Bir daha Zəfərin qürurunu yaşadıq
  • Suverenliyimizin və milli kimliyimizin rəmzi  
  • Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib   azərbaycanin-elcəzairdəki-səfiri:-azərbaycan-ordusu-xalqin-birliyi-və-ali-bas-komandanin-qətiyyətli-rəhbərliyi-ilə-zəfər-əldə-edib   1
  • Ölkə

Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib  

09/11/2025
Bilmək istəyirəm bilmək-istəyirəm 2
  • Ölkə

Bilmək istəyirəm

09/11/2025
Bir daha Zəfərin qürurunu yaşadıq bir-daha-zəfərin-qururunu-yasadiq 3
  • Ölkə

Bir daha Zəfərin qürurunu yaşadıq

09/11/2025
Suverenliyimizin və milli kimliyimizin rəmzi   suverenliyimizin-və-milli-kimliyimizin-rəmzi   4
  • Ölkə

Suverenliyimizin və milli kimliyimizin rəmzi  

09/11/2025
Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı konstitusiya-–-suverenliyin-və-insan-huquqlarinin-təminatcisi 5
  • Ölkə

Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı

09/11/2025

Bir daha bax

azərbaycanin-elcəzairdəki-səfiri:-azərbaycan-ordusu-xalqin-birliyi-və-ali-bas-komandanin-qətiyyətli-rəhbərliyi-ilə-zəfər-əldə-edib  
  • Ölkə

Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib  

LIVE PRESS 09/11/2025
bilmək-istəyirəm
  • Ölkə

Bilmək istəyirəm

LIVE PRESS 09/11/2025
bir-daha-zəfərin-qururunu-yasadiq
  • Ölkə

Bir daha Zəfərin qürurunu yaşadıq

LIVE PRESS 09/11/2025
suverenliyimizin-və-milli-kimliyimizin-rəmzi  
  • Ölkə

Suverenliyimizin və milli kimliyimizin rəmzi  

LIVE PRESS 09/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib  
  • Bilmək istəyirəm
  • Bir daha Zəfərin qürurunu yaşadıq
  • Suverenliyimizin və milli kimliyimizin rəmzi  
  • Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.