Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır.
  • Ölkə

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır.

LIVE PRESS 11/10/2025
birinci-vitse-prezident-mehriban-eliyeva:-azərbaycan-xalqina-xidmət-etmək-amali-dəyisməz-olaraq-qalir  

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır  

Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatı tərəfindən “Birinci vitse-prezident” kitabı çapdan çıxıb. Nəşrin müəllifləri Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü akademik Emil Nəsirli və Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü akademik Fikrət Nağıyevdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində yeni redaktədə nəşr edilmiş bu kitab oxuculara Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə və dünyada gördüyü işlər barədə məlumat vermək məqsədilə tərtib olunub.

Kitabda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr, milli-mənəvi dəyərlərimizin dünyada təbliği, ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və bütövlükdə xalqın rifahı naminə bütün sahələrdə həyata keçirdiyi xeyirxah işlər, onun hər bir azərbaycanlıya həssas diqqəti və sonsuz qayğısı barədə məlumat verilib. Nəşrdə, həmçinin Azərbaycan muğam və xalçaçılıq sənətlərinin qorunması, inkişafı və tanıdılmasına dair görülmüş işlər haqqında məlumat yer alıb. Nəfis şəkildə tərtib olunmuş kitaba Mehriban xanımın həyat və fəaliyyətinə dair fotoşəkillər də daxil edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın “…İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır” fikri ilə açılan kitab “Ön söz”, yeddi fəsil və “Son söz”dən ibarətdir.

“Ön söz”də qeyd olunur ki, Mehriban Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər mahiyyət etibarilə yeni bir başlanğıcdır: “O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni-sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban Əliyevanın üzərinə düşmüşdür. Siyasətçilər və politoloqlar bu missiyanı yeni ənənənin formalaşdırılmasından daha çox beynəlxalq aləmə bir zamanlar Türk dünyasından yayılan və özümüzün də unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı saymaqda haqlıdırlar”.

Kitabın sonunda vurğulanır ki, bu gün Azərbaycan xalqı sevgi və qürur hissi ilə Mehriban Əliyevanın fəaliyyətini diqqətlə izləyir, atdığı hər addımı dəstəkləyir və dəstəkləyəcəkdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır…”.

Nəşrin redaksiya heyətinə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, akademik Heydər İmanov, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Sudeif İmamverdiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və başqaları daxildir.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Bu gün kriptoda baş verənlər.
Next: İtaliya mediası: Vladimir Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib

Related Stories

misli-premyer-liqasi:-x-turun-novbəti-oyunlari-kecirilib
  • Ölkə

Misli Premyer Liqası: X turun növbəti oyunları keçirilib

LIVE PRESS 03/11/2025
dunya-kuboku:-azərbaycanin-iki-sahmatcisi-novbəti-mərhələyə-yuksəlib  
  • Ölkə

Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib  

LIVE PRESS 03/11/2025
“art-weekend”-festivali-cərcivəsində-das-salnamə-muzeyində-sərgilər-acilib
  • Ölkə

“Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açılıb.

LIVE PRESS 02/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Misli Premyer Liqası: X turun növbəti oyunları keçirilib
  • Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib  
  • Beşiktaş qalib gəldi.
  • Yalçın Koşukavak: Komandam çox dinamik idi.
  • SERVET ÇETIN: Rəqib yaxşı heyəti olan bir komanda idi.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Misli Premyer Liqası: X turun növbəti oyunları keçirilib misli-premyer-liqasi:-x-turun-novbəti-oyunlari-kecirilib 1
  • Ölkə

Misli Premyer Liqası: X turun növbəti oyunları keçirilib

03/11/2025
Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib   dunya-kuboku:-azərbaycanin-iki-sahmatcisi-novbəti-mərhələyə-yuksəlib   2
  • Ölkə

Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib  

03/11/2025
Beşiktaş qalib gəldi. besiktas-gan-qondu 3
  • Idman

Beşiktaş qalib gəldi.

03/11/2025
Yalçın Koşukavak: Komandam çox dinamik idi. yalcin-kosukavak:-komandam-cox-dinamik-idi,-cox-qazanmaq-istədilər 4
  • Idman

Yalçın Koşukavak: Komandam çox dinamik idi.

03/11/2025
SERVET ÇETIN: Rəqib yaxşı heyəti olan bir komanda idi. servet-cetin:-rəqib-yaxsi-bir-heyət-olan-yaxsi-bir-komanda-idi. 5
  • Idman

SERVET ÇETIN: Rəqib yaxşı heyəti olan bir komanda idi.

03/11/2025

Bir daha bax

misli-premyer-liqasi:-x-turun-novbəti-oyunlari-kecirilib
  • Ölkə

Misli Premyer Liqası: X turun növbəti oyunları keçirilib

LIVE PRESS 03/11/2025
dunya-kuboku:-azərbaycanin-iki-sahmatcisi-novbəti-mərhələyə-yuksəlib  
  • Ölkə

Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib  

LIVE PRESS 03/11/2025
besiktas-gan-qondu
  • Idman

Beşiktaş qalib gəldi.

Jurnalist 03/11/2025
yalcin-kosukavak:-komandam-cox-dinamik-idi,-cox-qazanmaq-istədilər
  • Idman

Yalçın Koşukavak: Komandam çox dinamik idi.

Jurnalist 03/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Misli Premyer Liqası: X turun növbəti oyunları keçirilib
  • Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəlib  
  • Beşiktaş qalib gəldi.
  • Yalçın Koşukavak: Komandam çox dinamik idi.
  • SERVET ÇETIN: Rəqib yaxşı heyəti olan bir komanda idi.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.