LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Amerikalı boksçu Kevin Conson Rusiya vətəndaşlığı üçün müraciət edib. Sabiq dünya çempionu Samarada məskunlaşmağı da planlaşdırır.
Kevin Conson artıq Samarada ev üçün ipoteka götürüb. Boksçu hazırda hərəkətdədir.
Promouter Vladimir Xryunov TASS-a bildirib ki, Kevin Conson əvvəlki yaşayış yerinə – Almaniyaya səfər edib. Kevin itini götürüb və tezliklə Rusiyaya qayıdacaq. Conson artıq Samarada mənzil almaq üçün ipoteka götürüb.
Avqust ayında rusiyalı Mark Petrovski ilə döyüşdən əvvəl Kevin Conson Vladimir Putinin portreti olan köynək geyinərək gəlmişdi . Amerikalı Rusiya vətəndaşlığını almaq və Rusiyaya köçmək arzusunda olduğunu bəyan edib.
Kevin Conson 21 ildir ki, peşəkar rinqdə çıxış edir. 44 yaşlı boksçu 60 döyüş keçirib, bu döyüşlərdə 36 qələbə və 22 məğlubiyyət əldə edib. İki döyüş heç-heçə başa çatıb. 2017-ci ildə Beynəlxalq Boks Təşkilatının versiyasına görə dünya çempionu olub.