Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Bölgələrdə də hüzn qürura qarışdı
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

LIVE PRESS 22/01/2026 6 minutes read
bolgələrdə-də-huzn-qurura-qarisdi

Bölgələrdə də hüzn qürura qarışdı

20 Yanvar hadisələrindən 36 il keçir. Bu tarix Azərbaycanda ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Bakıda və digər şəhərlərdə onlarca insan öldürüldü, yüzlərlə soydaşımız ağır xəsarət aldı. 

O zaman Ümummilli Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış etdi. 1994-cü il mart ayında isə Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclisdə ilk dəfə hüquqi-siyasi qiymət verildi.

20 Yanvar hadisələrindən 36 il keçsə də, xalqımız o müdhiş gecəni xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Gəncədə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir. Anım mərasimində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, ali məktəblərin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Onlar Şəhidlər Memorial Kompleksində şəhidlərin məzarlarını ziyarət etmiş, üzərlərinə gül dəstələri qoymuşlar. 

20 Yanvar faciəsi Göygöl rayonunun Şəhidlər xiyabanına toplaşan minlərlə rayon sakininin keçirdiyi anım mərasimində də yad edilmişdir.

Mərasimə toplaşanlar o vaxt informasiya blokadasında olan Azərbaycanda baş verən qanlı faciəyə ilk siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyevin cəsarətindən danışmışlar. Bildirmişlər ki, belə ağır günlərdə xalqına həyan olan, SSRİ rəhbərliyinin min fitnə-fəsadı ilə siyasi səhnədən kənarlaşdırılan Ulu Öndər özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, faciənin səbəblərini və təşkilatçılarının adlarını açıqlamışdır.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında uyuyan şəhid məzarlarını ziyarət edərək üstünə tər qərənfillər düzmüş, Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ehtiramlarını bildirmişlər.

Qanlı Yanvarın ildönümü Ağstafada da qeyd edilmişdir. Şəhidlər xiyabanında keçirilən ümumrayon tədbirində əvvəlcə şəhidlərin ruhuna dualar oxunmuş, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş mərd oğulların məzarları ziyarət olunaraq üstünə qərənfillər düzülmüşdür. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək Azərbaycan xalqının başına gətirilən faciəni əsl cinayət kimi dəyərləndirmiş və qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib ölkədir və torpaqlarımız 30 illik işğaldan sonra azad edilmişdir. Bununla da Ulu Öndər Heydər Əliyevin arzuları gerçəkləşmişdir. Sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

 Gədəbəydə keçirilən anım mərasimində icra hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev çıxış edərək qeyd etmişdir ki, azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi: “Baş verən hadisələr xalqımızın azadlıq arzusunun 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi”.

Sonra anım mərasiminin iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət etmişlər.

Tovuzda xalqımızın qan yaddaşına qürur günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 36-cı ildönümü yüzlərlə rayon sakininin qatıldığı anım mərasimi ilə qeyd edildi.

Yanvarın 20-də səhər tezdən insanlar Şəhidlər xiyabanına gələrək onların xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə və şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoymuşlar.

Ümumxalq Hüzn Günü ilə əlaqədar Samux rayon ictimaiyyəti Şəhidlər xiyabanına gələrək qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad etmişdir. Rayon icra hakimiyyətinin, şəhid ailələrinin, idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən anım mərasiminin iştirakçıları Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin hüznlə yad edərək kompleksin önünə tər qərənfillər qoymuşlar. Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq salnaməsi və milli qürur günü kimi səciyyələndirərək şəhid ailələrinə ehtiramını ifadə etmiş, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən və ölkəmizin suverenliyinin bərpa olunmasından söz açmışdır. Sonra 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunmuşdur. 

Sabir ƏLİYEV,

 “Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
Next: 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

Related Stories

2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 0
qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib  
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

LIVE PRESS 22/01/2026 0
“20-yanvar-gənclərin-gozu-ilə”-adli-tədbir-kecirilib
  • Ölkə

“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

LIVE PRESS 22/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Bölgələrdə də hüzn qürura qarışdı
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
  • “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib
  • Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub 2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub 1
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

22/01/2026 0
Bölgələrdə də hüzn qürura qarışdı bolgələrdə-də-huzn-qurura-qarisdi 2
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

22/01/2026 0
Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib   qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib   3
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

22/01/2026 0
“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib “20-yanvar-gənclərin-gozu-ilə”-adli-tədbir-kecirilib 4
  • Ölkə

“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

22/01/2026 0
Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider beynəlxalq-platformalarda-ehtiramla-qarsilanan-lider 5
  • Ölkə

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

22/01/2026 0

Bir daha bax

2026-ci-ildə-keciriləcək-bəzi-imtahanlarin-qrafiki-və-qeydiyyat-tarixləri-elan-olunub
  • Ölkə

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

LIVE PRESS 22/01/2026 0
bolgələrdə-də-huzn-qurura-qarisdi
  • Ölkə

Bölgələrdə də hüzn qürura qarışdı

LIVE PRESS 22/01/2026 0
qurban-qurbanov:-hakimin-qərəzli-qərari-ilə-bagli-ən-yaxsi-sərhi-prezident-verib  
  • Ölkə

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  

LIVE PRESS 22/01/2026 0
“20-yanvar-gənclərin-gozu-ilə”-adli-tədbir-kecirilib
  • Ölkə

“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib

LIVE PRESS 22/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
  • Bölgələrdə də hüzn qürura qarışdı
  • Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib  
  • “20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib
  • Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.