Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur
  • Ölkə

Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur

LIVE PRESS 29/10/2025
boyuk-qayidis”n-novbəti-mərhələsi-cərcivəsində-yeni-infrastruktur-layihələri-icra-olunur

Böyük Qayıdış”n növbəti mərhələsi çərçivəsində yeni infrastruktur layihələri icra olunur

Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri zamanı Böyük qayıdışın, bərpa-quruculuq işlərinin növbəti mərhələsinin şahidi olduq.

Məlum olduğu kimi, azad olunmuş ərazilərə ilk köç 2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinə baş tutub. Ötən gün Ağalı kəndinə daha 100 ailə, Məmmədbəyliyə isə 180 ailə köçürüldü. Sakinlərlə görüş zamanı Cənab Prezidentin də söylədiyi kimi, “biz “Böyük Qayıdış” Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd – Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır.” 

Eyni zamanda vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilən Cəbrayılın Horovlu kəndində də birinci mərhələdə 1400 insan məskunlaşacaq. Horovlu sakinləri ilə görüşdə Prezident İlham Əliyev bəyan etdi ki, ikinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Hazırda “Böyük qayıdış” proqramının icrası plan üzrə davam edir. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini öz doğma yurduna qayıdan keçmiş köçkünlərdir.

Bir sözlə, dövlət keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışını təmin etmək üçün hər cür şərait yaradır. Təəssüf ki, bəzi üzdənqiraq dairələr bərpa-quruculuq, “Böyük qayıdış” proqramı ilə bağlı da müxtəlif qarayaxma kampaniyaları təşkil etməyə çalışır. Şəffaflıq, əhalinin sosial təmiantı baxımından qərəzli rəy formalaşdırmağa cəhd edirlər. Lakin bu iddiaların heç bir əsası olmadığı gün kimi aydındır. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı yeni yaşayş məntəqələrinin siması, burada yaradılan şərait, eləcə də sakinlərlə görüş zamanı onların fikirləri bir daha sübut edir ki, bu prosesə kölgə salmaq cəhdləri də iflasa uğramaqdadır. Azərbaycanda dövlət siyasətinin mərkəsizndə vətəndaş və onun maraqları dayanır. Cənab Prezidentin Cəbrayıl sakinləri ilə görüşdə də söylədiyi kimi, “azad olunmuş ərazilər bundan sonra daha çox inkişaf edəcək. Əsas odur ki, burada insanlar yerləşsin, uşaqlar çoxalsın, ailələr böyüsün, işlər getsin. Abadlıq-quruculuq, xoşbəxt həyat və sülh. Bundan sonra heç kim bizə qarşı baş qaldıra bilməz.”

2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Bu il də proses davam edir. Ötən gün 

Xocalının Təzəbinə, Ballıca və Badara kəndinə, eləcə də Xocavəndin Qırmızı Bazar qəsəbəsi və  Sos kəndinə, bu gün isə Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salındı. Ümumiyyətlə, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtması nəzərdə tutulur. Azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri də davam etdirilir. Belə ki, ərazilərin minalardan təmizlənməsi olduqca vacibdir. Bura qayıdan vətəndaşların təhlükəsizliyinin təminatı başlıca vəzifələrdən biridir.

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Natalya Kuvşinova: Azərbaycan Konstitusiyası ölkənin etibarlı hüquqi təminatıdır  
Next: Bakı Şəhər İcra Hakimiyyəti keçmiş “Sovetski” ərazisində tarixi binaların söküntüsü ilə bağlı məlumatlara aydınlıq gətirib  

Related Stories

“bu-torpaqlarin-sahibləri-bizik…”
  • Ölkə

“Bu torpaqların sahibləri bizik…”

LIVE PRESS 30/10/2025
azərbaycan-və-belarus-arasinda-qarsiliqli-maraq-doguran-məsələlər-haqqinda-fikir-mubadiləsi-aparilib  
  • Ölkə

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb  

LIVE PRESS 30/10/2025
azərbaycanin-dovlət-borcu-aciqlanib
  • Ölkə

Azərbaycanın dövlət borcu açıqlanıb

LIVE PRESS 30/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • “Bu torpaqların sahibləri bizik…”
  • Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb  
  • Azərbaycanın dövlət borcu açıqlanıb
  • Belarusun Baş nazirinin müavini Füzuli və Ağdam rayonlarına səfər edib – YENİLƏNİB 
  • Sahibə Qafarova:Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

“Bu torpaqların sahibləri bizik…” “bu-torpaqlarin-sahibləri-bizik…” 1
  • Ölkə

“Bu torpaqların sahibləri bizik…”

30/10/2025
Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb   azərbaycan-və-belarus-arasinda-qarsiliqli-maraq-doguran-məsələlər-haqqinda-fikir-mubadiləsi-aparilib   2
  • Ölkə

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb  

30/10/2025
Azərbaycanın dövlət borcu açıqlanıb azərbaycanin-dovlət-borcu-aciqlanib 3
  • Ölkə

Azərbaycanın dövlət borcu açıqlanıb

30/10/2025
Belarusun Baş nazirinin müavini Füzuli və Ağdam rayonlarına səfər edib – YENİLƏNİB  belarusun-bas-nazirinin-muavini-fuzuli-və-agdam-rayonlarina-səfər-edib-–-yenilenib  4
  • Ölkə

Belarusun Baş nazirinin müavini Füzuli və Ağdam rayonlarına səfər edib – YENİLƏNİB 

30/10/2025
Sahibə Qafarova:Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir sahibə-qafarova:turkiyənin-gostərdiyi-səylər-sulhə-və-dialoqa-xidmət-edir 5
  • Ölkə

Sahibə Qafarova:Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir

30/10/2025

Bir daha bax

“bu-torpaqlarin-sahibləri-bizik…”
  • Ölkə

“Bu torpaqların sahibləri bizik…”

LIVE PRESS 30/10/2025
azərbaycan-və-belarus-arasinda-qarsiliqli-maraq-doguran-məsələlər-haqqinda-fikir-mubadiləsi-aparilib  
  • Ölkə

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb  

LIVE PRESS 30/10/2025
azərbaycanin-dovlət-borcu-aciqlanib
  • Ölkə

Azərbaycanın dövlət borcu açıqlanıb

LIVE PRESS 30/10/2025
belarusun-bas-nazirinin-muavini-fuzuli-və-agdam-rayonlarina-səfər-edib-–-yenilenib 
  • Ölkə

Belarusun Baş nazirinin müavini Füzuli və Ağdam rayonlarına səfər edib – YENİLƏNİB 

LIVE PRESS 30/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • “Bu torpaqların sahibləri bizik…”
  • Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb  
  • Azərbaycanın dövlət borcu açıqlanıb
  • Belarusun Baş nazirinin müavini Füzuli və Ağdam rayonlarına səfər edib – YENİLƏNİB 
  • Sahibə Qafarova:Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.