Böyük Britaniya rəqəmsal aktivlərin leqallaşdırılması istiqamətində steyblkoinlər və tokenləşdirilmiş depozitləri əhatə edən vahid tənzimləmə bazası təqdim etməyə hazırlaşır.
LivePress Xarici Mediaya istinadən bildirir ki, hökumət bu yolla rəqəmsal ödənişləri ənənəvi bank sisteminə tam inteqrasiya etməyi hədəfləyir.
Yeni qaydalar rəqəmsal aktivlərin şəffaflığını artıracaq və maliyyə bazarlarında sabitliyi qoruyacaq. London bu addımla qlobal rəqəmsal maliyyə yarışında liderliyini möhkəmləndirmək niyyətindədir. Analitiklərin fikrincə, tokenləşdirilmiş depozitlərə verilən rəsmi status bank əməliyyatlarında yeni bir dövr başladacaq. Hazırda qanunvericilik bazasının texniki detalları üzərində işlər yekunlaşmaq üzrədir. Bu islahat ölkənin rəqəmsal infrastrukturunu daha cəlbedici edəcək.