“Fənərbaxça”nın 2023-cü ildə “Mançester Yunayted”dən heyətinə qatdığı Fred üçün ayrılıq zəngləri çalınır.Braziliya mətbuatının yazdığına görə, təcrübəli yarımmüdafiəçi ayrılmağı ciddi şəkildə düşünür.
LivePress Media bildirir ki, Canal Bica Galoda çıxan xəbərə görə, ara transfer dövründə Fredi heyətinə qatmaq istəyən Atletiko Mineiro bu transferdə uğur qazana bilməsə də, futbolçu ilə əlaqəni kəsməyib. Braziliya komandası yay transfer pəncərəsində xoşbəxt sona çata bilər.
Fredin bu dəfə “Atletiko Mineiro”ya keçməyi ciddi düşündüyü və mövsümün sonunda “Fənərbaxça”dan ayrıla biləcəyi bildirilib.