 
        Burundili jurnalist: Ölkəmdə həm inzibati qurumlarda, həm də məktəblərdə adlarla bağlı diskriminasiya mövcuddur
Burundidə həm inzibati qurumlarda, həm də məktəblərdə adlarla bağlı diskriminasiya mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri burundili jurnalist, Reparasiyalar üzrə Parlament Komissiyasının üzvü Aline Dusabe Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.
O bildirib ki, Burundidə Abdallah, Abbas, Hamid və ya Mohammed adları ilə məktəbə qəbul olmaq çətin idi. Təəssüf ki, burundililər bunu normal hesab edirdilər.
“Ərəblər Burundiyə 1885-ci ildə gəlib. Mən 1977-ci ildə doğulmuşam, amma hələ də müsəlman olduğum üçün ayrı-seçkiliyin təsirini hiss edirəm. İndi Burundidə hakimiyyət “Rutu”lardadır, “Tutsi”lər “müstəmləkə uşaqları” kimi çağırılır, müsəlman “Swahili”lər isə hələ də mənfi etiketlərlə üzləşir. Bu vəziyyət sosial dəyişiklik, ədalət, bağışlanma və barışığın zəruriliyini göstərir”, – deyə burundili jurnalist vurğulayıb.
 
         
         
        