Chelsea milyon avroluq ulduzundan qurtulmağa çalışır: Onu pulsuz buraxacaqlar
LivePress ntvspor-a istinadən bildirir:
“Çelsi” “Mançester Siti”dən 56 milyon avroya transfer etdiyi Rahim Sterlinqlə yollarını ayırmağa hazırlaşır. Hazırda heyətdən kənarda olan ingilis futbolçu ilə qış transfer pəncərəsinin sonuna qədər vidalaşacağı gözlənilir.
Həftədə 325 min funt-sterlinqlə komandanın ən çox qazanan oyunçuları arasında yer alan Raheem Sterling bir ildən çoxdur ki, “Çelsi”nin əsas komandasında oynamır. İngiltərə nəhəngi 31 yaşlı futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
“Sky Sports”un məlumatına görə, “Çelsi” bu ayın sonuna kimi Sterlinqlə vidalaşacaq. Klub oyunçudan ən az zərərlə xilas olmaq üçün həll yolları axtarır.
“Çelsi” Sterlinqlə yollarını birdəfəlik ayırmaq istəyir.
Ötən mövsümü icarə əsasında “Arsenal”da keçirən Sterlinq yenidən icarəyə götürülmək istəmir. Təcrübəli futbolçunun müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.Sterlinqin iki variantı var: O, ya başqa komandaya keçəcək, ya da müqaviləsinin sonuna kimi debitor borcunu yığaraq klubdan ayrılacaq.
“Çelsi”də 81 oyun keçirən Sterlinq 19 qol vurub, 15 məhsuldar ötürmə edib.