LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Leninqrad vilayətinin Volosovski rayonunda, Narva şossesinin 91-ci kilometrliyində qadın sürücünün ölümü ilə nəticələnən qəza baş verib.
Onun “Chevrolet Aveo” markalı avtomobili dağıntılarla dolu “SITRAK” markalı yarımqoşqulu yük maşını ilə toqquşub.
İlkin məlumata görə, qəzanın səbəbkarı 39 yaşlı mərhum olub və o, yolun sağ döngəsində idarəetməni itirib, nəticədə avtomobil qarşıdan gələn zolağa çıxıb. Sankt-Peterburq polisinin Telegram kanalına istinadən xəbər verir ki, Chevrolet-də sərnişin olmayıb.
Qəza ilə bağlı araşdırma aparılır.