Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə.
  • Ölkə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə.

LIVE PRESS 30/09/2025
cin-xalq-respublikasinin-sədri-zati-aliləri-cənab-si-cinpinə  

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə  

 

Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir. Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı.

Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir.

Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram.

Hörmətli cənab Sədr,

Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir xoş gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 sentyabr 2025-ci il

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: ABŞ tənzimləyiciləri SEC-CFTC birləşmə şayiələrini rədd etdi.
Next: Prezident İlham Əliyev: Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib.

Related Stories

azərbaycan-respublikasi-prezidentinin-2018-ci-il-31-may-tarixli-97-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“icbari-tibbi-sigorta-uzrə-dovlət-agentliyinin-investisiya-əməliyyatlarinin-aparilmasi-qaydasi”nda-dəyisiklik-edilməsi-haqqinda
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

LIVE PRESS 07/11/2025
“investin-azerbaijan”-informasiya-sisteminin-yaradilmasi-və-bununla-əlaqədar-bir-sira-məsələlərin-tənzimlənməsi-haqqinda
  • Ölkə

“Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında.

LIVE PRESS 07/11/2025
bosniya-və-herseqovinanin-rəyasət-heyətinin-uzvu-jelka-tsviyanovicdən
  • Ölkə

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən.

LIVE PRESS 07/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
  • “Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında.
  • Canlı yayımları 2030-cu ilə qədər 5 milyard dollar həddini aşacaq.
  • Kainatın genişlənməsi yavaşladı: “Böyük bir dəyişiklik olacaq”.
  • Kripto analitiki “kvant apokalipsisi” üçün tarix verir.

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında azərbaycan-respublikasi-prezidentinin-2018-ci-il-31-may-tarixli-97-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“icbari-tibbi-sigorta-uzrə-dovlət-agentliyinin-investisiya-əməliyyatlarinin-aparilmasi-qaydasi”nda-dəyisiklik-edilməsi-haqqinda 1
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

07/11/2025
“Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında. “investin-azerbaijan”-informasiya-sisteminin-yaradilmasi-və-bununla-əlaqədar-bir-sira-məsələlərin-tənzimlənməsi-haqqinda 2
  • Ölkə

“Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında.

07/11/2025
Canlı yayımları 2030-cu ilə qədər 5 milyard dollar həddini aşacaq. tiktok-turkiye-hesabati:-canli-yayimlari-2030-cu-ilə-qədər-5-milyard-dollar-həddini-asacaq 3
  • Texnologiya

Canlı yayımları 2030-cu ilə qədər 5 milyard dollar həddini aşacaq.

07/11/2025
Kainatın genişlənməsi yavaşladı: “Böyük bir dəyişiklik olacaq”. kainatin-genislənməsi-yavasladi:-“boyuk-bir-dəyisiklik-olacaq” 4
  • Texnologiya

Kainatın genişlənməsi yavaşladı: “Böyük bir dəyişiklik olacaq”.

07/11/2025
Kripto analitiki “kvant apokalipsisi” üçün tarix verir. crypto-analitiki-“kvant-apokalipsisi”-ucun-tarix-verir 5
  • Texnologiya

Kripto analitiki “kvant apokalipsisi” üçün tarix verir.

07/11/2025

Bir daha bax

azərbaycan-respublikasi-prezidentinin-2018-ci-il-31-may-tarixli-97-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“icbari-tibbi-sigorta-uzrə-dovlət-agentliyinin-investisiya-əməliyyatlarinin-aparilmasi-qaydasi”nda-dəyisiklik-edilməsi-haqqinda
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

LIVE PRESS 07/11/2025
“investin-azerbaijan”-informasiya-sisteminin-yaradilmasi-və-bununla-əlaqədar-bir-sira-məsələlərin-tənzimlənməsi-haqqinda
  • Ölkə

“Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında.

LIVE PRESS 07/11/2025
tiktok-turkiye-hesabati:-canli-yayimlari-2030-cu-ilə-qədər-5-milyard-dollar-həddini-asacaq
  • Texnologiya

Canlı yayımları 2030-cu ilə qədər 5 milyard dollar həddini aşacaq.

Jurnalist 07/11/2025
kainatin-genislənməsi-yavasladi:-“boyuk-bir-dəyisiklik-olacaq”
  • Texnologiya

Kainatın genişlənməsi yavaşladı: “Böyük bir dəyişiklik olacaq”.

Jurnalist 07/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
  • “Investin Azerbaijan” informasiya sisteminin yaradılması haqqında.
  • Canlı yayımları 2030-cu ilə qədər 5 milyard dollar həddini aşacaq.
  • Kainatın genişlənməsi yavaşladı: “Böyük bir dəyişiklik olacaq”.
  • Kripto analitiki “kvant apokalipsisi” üçün tarix verir.
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.