Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

LIVE PRESS 09/11/2025
deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh  

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

Vətən müharibəsində Zəfərin 5–ci ildönümünə həsr olunmuş Hərbi parad növbəti dəfə Azərbaycanın gücünü göstərdi. Paradda Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikaların əlavə edildiyinin də şahidi olduq və bu texnikalar ilk dəfə məhz bu paradda nümayiş olundu. Parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi. Budəfəki paradda qardaş Türkiyə ilə Pakistanın da iştirakı növbəti birlik nümunəsi, həmçinin türk və islam dünyasına həmrəylik mesajı idi. Bir sözlə Qarabağın azadlığı bütün türk və islam dünyasının qürur mənbəyidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, 44 günlük savaşda mənəvi-siyasi dəstəklə Bakının yanında olan Ankara və İsamabad bu gün də bu dəstəyi davam etdirir.

Azərbaycan isə dost-qardaş dəstəyini hər zaman yüksək qiymətləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başlamasının əsas siyasi və hərbi səbəblərinə diqqət çəkdi. Bəyan etdi ki, uzun müddət davam edən danışıqların nəticə verməməsi müharibəni qaçılmaz edirdi. Bu vəziyyət sona qədər davam edə bilməzdi. Ermənistan isə öz xoşu ilə bizim tarixi torpaqlarımızdan çıxmaq niyyətində deyildi. Düşmənin havadarlarının da niyyəti bəlli idi – Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək. Heç şübhəsiz, Azərbaycan xalqı və dövləti bu işğalla barışa bilməzdi və barışmadı.

Deputat qeyd edib ki, Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə tam hazır idi. Biz həm hərbi, həm siyasi-iqtisadi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən buna hazır idik.

Ali Baş Komandanın da söylədiyi kimi, “Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi”. Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vətənpərvər gənc nəsil, xalq-iqtidar birliyi də Qələbəmizi şərtləndirən əsas amillərdən biri idi.

Azərbaycan Silahlı Qüvvələri isə tam döyüş hazırlığı vəziyyətində idi. Dünyanın 50 ən güclü ordusundan biri kimi istənilən tapşırığın öhdəsindən gələ bilərdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” niyyətinə düşən Ermənistan ordusunu darmadağın etmək elə də çətin deyildi. Hər günü qələbə ilə yadda qalan 44 günlük Vətən müharibəsinin gedişi bunu bir daha təsdiqlədi. Beləliklə, Azərbaycan döyüş meydanında qalib gəlməklə bütün dünyada güclü dövlət, müzəffər xalq kimi tanındı və qəbul edildi.

“Azərbaycan şanlı Zəfərdən ötən 5 il ərzində daha da güclənib. Müharibənin qalibi olan Azərbaycan həm də sülhün qalibidir. İşğaldan azad olunmuş ərazilərimizin sürətli bərpası, böyük qayıdışın təmin olunması Azərbaycanın gücünün göstəricisidir. Təsadüfi deyil ki, qardaş Türkiyə Azərbaycanın Zəfərini Qafqazda davamlı sülhə gedən yolun məhək daşı kimi qiymətləndirir. Rəcəb Tayyib Ərdoğan regionda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyini bildirdi. Dost Pakistan isə Azərbaycanın bu qələbəsini “suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi, ümid yeri” hesab edir. Beləliklə, Azərbaycan Zəfərin 5-ci ildömünüdə növbəti yüksək səviyyəli Hərbi parad təşkil etməklə hərbi-siyasi, eləcə də iqtisadi qüdrətini nümayiş etdirmiş oldu”, – deyə N.Məmmədova əlavə edib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
Next: Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

Related Stories

zəfər-yolumuz-davam-edir
  • Ölkə

Zəfər yolumuz davam edir

LIVE PRESS 09/11/2025
eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

LIVE PRESS 09/11/2025
azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib  
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

LIVE PRESS 09/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Zəfər yolumuz davam edir
  • Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti
  • Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  
  • Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
  • “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Zəfər yolumuz davam edir zəfər-yolumuz-davam-edir 1
  • Ölkə

Zəfər yolumuz davam edir

09/11/2025
Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti 2
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

09/11/2025
Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH   deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh   3
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

09/11/2025
Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib   azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib   4
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

09/11/2025
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib   “azergold”-“zəfər”-adli-yeni-qizil-sikkə-kolleksiyasini-təqdim-edib   5
  • Ölkə

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

09/11/2025

Bir daha bax

zəfər-yolumuz-davam-edir
  • Ölkə

Zəfər yolumuz davam edir

LIVE PRESS 09/11/2025
eliyarin-donusu-–-34-ilin-səssiz-səhadəti
  • Ölkə

Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti

LIVE PRESS 09/11/2025
deputat:-hərbi-parad-son-5-ildə-azərbaycanin-daha-da-gucləndiyini-bir-daha-təsdiqlədi-serh  
  • Ölkə

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

LIVE PRESS 09/11/2025
azərbaycanin-irandaki-səfirliyi-zəfər-gunu-munasibətilə-rəsmi-qəbul-kecirib  
  • Ölkə

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

LIVE PRESS 09/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Zəfər yolumuz davam edir
  • Əliyarın dönüşü – 34 ilin səssiz şəhadəti
  • Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  
  • Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  
  • “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.