LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki ,“Die Hard 2”, “A Soldier’s Tale” və digər filmləri ilə tanınan amerikalı aktyor Art Evans 82 yaşında vəfat edib. Bu barədə “USA Today” qəzeti aktyorun agentlərinə istinadən məlumat yayıb.
Ölümün səbəbi Evansın bir neçə ildir mübarizə apardığı diabetin ağırlaşması olub.” Aktyor Art Evans vəfat etdi <…> O, 82 yaşında idi”, – nəşr qeyd edir.
Evansın agentləri aktyorun ölümünü təsdiqləyən qəzetə elektron məktub göndəriblər.
Art Evans 1942-ci ildə Kaliforniyada, Berkli qraflığında anadan olub. Aktyor ən böyük populyarlığı Bruce Willis ilə oynadığı “Die Hard 2” filmində qazandı. O, həmçinin Adolf Sezar və Denzel Vaşinqtonla “A Soldier’s Story” filmində rol alıb.