LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , “Dinamo”çular Rusiya çempionatında 50 xal toplayıb, bu göstəricidə “Zenit” və “Krasnodar”ı bərabərləşdiriblər. 27-ci turun matçında “ağ-göylər” doğma meydanda “Soçi”yə 3:2 hesabı ilə qalib gəlib.
İkinci hissəyə əlavə olunmuş vaxtda meydan sahibləri qələbə qolunu vurub. 96-cı dəqiqədə Mumi Nqamale fərqlənib. Moskvalıların qollarına da Konstantin Tyukavin (53-cü dəqiqə) və Bitello (85-ci dəqiqə) imza atıblar.
“Dinamo” 50 xal toplayıb, lakin əlavə göstəricilərə görə RPL çempionatında üçüncü olub. “Krasnodar” və “Zenit”in xalları eynidir. Düzdür, birinci olan Sergey Semakın komandasının əlində bir oyun var.
Soçililər 20 xalla 16-cı yerdə qərarlaşıblar.