Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

LIVE PRESS 27/01/2026 3 minutes read
dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixli fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib. 

Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-nin sahibi və operatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-muhasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” bu altsistemlərə daxildir. 

Əsasnaməyə görə, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini, dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlət investisiya layihələrinin qiymətləndirilməsini və maliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu, həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektron müqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləri əhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxt rejimində toplanmasını və təhlilini təmin edəcək. 

Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.

Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində sistemin formalaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
Next: ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

Related Stories

icbari-tibbi-sigorta-ilə-daha-cox-səxs-tibbi-xidmətlərlə-təmin-olunacaq
  • Ölkə

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

LIVE PRESS 27/01/2026 0
kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

LIVE PRESS 27/01/2026 0
abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib  
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

LIVE PRESS 27/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq
  • Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib
  • ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  
  • Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq icbari-tibbi-sigorta-ilə-daha-cox-səxs-tibbi-xidmətlərlə-təmin-olunacaq 1
  • Ölkə

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

27/01/2026 0
Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib 2
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

27/01/2026 0
ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb   abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib   3
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

27/01/2026 0
Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir 4
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

27/01/2026 0
Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri) gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri) 5
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

27/01/2026 0

Bir daha bax

icbari-tibbi-sigorta-ilə-daha-cox-səxs-tibbi-xidmətlərlə-təmin-olunacaq
  • Ölkə

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

LIVE PRESS 27/01/2026 0
kecən-il-azərbaycan-23,1-milyon-ton-neft,-25,2-milyard-kubmetr-qaz-ixrac-edib
  • Ölkə

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

LIVE PRESS 27/01/2026 0
abs-da-guclu-qar-səbəbilə-olənlərin-sayi-26-ya-catib  
  • Ölkə

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

LIVE PRESS 27/01/2026 0
dovlət-maliyyəsinin-idarə-edilməsi-ilə-bagli-rəqəmsallasmanin-genisləndirilməsində-yeni-mərhələ-baslanir
  • Ölkə

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

LIVE PRESS 27/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq
  • Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib
  • ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  
  • Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır
  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.