LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki , Belarusla qonşu dövlətlərin başçıları prezident Lukaşenko ilə birgə şəkil çəkdirməkdən imtina ediblər.
“Buna ailə şəkli deyilir. Lukaşenko bizim aid olmaq istədiyimiz ailəyə aid deyil”, – Litva prezidenti Gitanas Nauseda deyib.
O qeyd edib ki, Aleksandr Lukaşenko ilə formal olaraq “çiyin-çiyinə dayanmaq” ikiüzlülük olardı.
Litva liderinin demarşını Latviya prezidenti Edqars Rinkeviç və Polşa prezidenti Anjey Duda dəstəkləyib.
Cümə günü Dubayda BMT-nin iqlim dəyişikliyi konfransında diplomatik qalmaqal yaranıb.