
Dünya Alpaqut Federasiyasının yeni rəhbərliyi müəyyənləşib
Dünya Alpaqut Federasiyasının (DAF) İdarə Heyəti qurumun idarəetmə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirib.
DAF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurultayda federaiyanın yeni rəhbərliyi müəyyənləşib.
Belə ki, növbəti qurultaya qədər Dünya Alpaqut Federasiyasının prezidenti vəzifələrinin icrası Emil Rəhimova tapşırılıb.
Yeni İcraiyyə Komitəsinin tərkibi isə aşağıdakı kimi formalaşıb:
1. Emil Rəhimov – federasiya prezidenti (növbəti qurultaya qədər prezident səlahiyyətlərinin icraçısı)
2. Nuran Huseynov – vitse-prezident (İctimai Əlaqələr)
3. Tural Abasguliyev – Araşdırma və İnkişaf vitse-vrezidenti
4. Qüdrət Nuriyev – Maliyyə Departamentinin rəhbəri
5. Yunus Arabaçı – Texniki Direktor
6. Hasan Çağlar – PR və Marketinq Departamentinin rəhbəri
7. Qabil Hüseynov – İdman Departamentinin rəhbəri
8. Rafiq Qasımov – Hakimlər Komitəsinin sədri
9. Betül Altıntaş – Nizam İntizam Komitəsinin sədri
10. Mustafa Gasim Kazem – Nizam İntizam Şöbəsinin müavini
11. Marina Belyaeva – Ayça Sistemi üzrə koordinator
12. Marijus Tumas – Batur Sistemi üzrə koordinator
13. Serdar Aksu – Caymaz Sistemi üzrə Koordinator
14. Amanjol Tuberov – Gurshag Sistemi üzrə koordinator
15. Bülent Büyük – Kachut Sistemi üzrə koordinator
16. Naim Belgin – Avropa qitəsi üzrə nümayəndə
17. Abdel Qaffar Abdelbari – Afrika qitəsi üzrə rəsmi nümayəndə
18. Aziz Jurabayev – Asiya qitəsi üzrə Rəsmi nümayəndə
19. Dr. Saad Maan – Ərəb ölkələri üzrə Rəsmi rümayəndə
20. Ammar Ali Husseyn – Ərəb Ölkələri üzrə danışman
Növbəti qurultayın vaxtı barədə yaxın günlərdə məlumat veriləcək.