LIVEPRESS.MEDIA xarici mediaya istinadən xəbər verir ki, Belçika Kral Təbiət Elmləri İnstitutundan (RBINS) edilən yazılı açıqlamaya görə, Peru sahillərində yer üzündə indiyə qədər yaşamış ən ağır heyvanın 39 milyon illik fosilləri tapılıb.Aralarında belçikalı təbiətşünas Olivier Lambertin də olduğu qrup, yer üzündə yaşamış ən ağır heyvanın 39 milyon illik fosilləri ilə qarşılaşıb.
“Perucetus colossus” adlı balina növünə aid fosillərin tapılması ilə əvvəllər mavi balinaya aid olduğu düşünülən rekord qırılır.
Qeyd edək ki , mavi balinanın çəkisi 100-190 tona çata bildiyi halda, fosili tapılan canlının 85 ilə 340 ton arasında olduğu təxmin edilir.