Ekspert: Zəngəzur dəhlizi qonşu ölkələr arasında ticarətinin inkişafına kömək edəcək
Ermənistandan keçməklə Azərbaycanın əsas ərazisindən Naxçıvana qədər planlaşdırılan marşrut – Zəngəzur dəhlizi qonşu ölkələr arasında ticarətinin inkişafına kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri “InfraNews” tədqiqat agentliyinin baş direktoru Aleksey Bezborodov “Rossiya 24” televiziya kanalına verdiyi müsahibədə bildirib. O vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan və Ermənistanın iqtisadi inkişafına töhfə verəcək, eyni zamanda, Gürcüstan, İran, İraq və Türkiyə arasında ticarətin genişləndirilməsinə müsbət təsir göstərə bilər.
Ekspert qeyd edib ki, bu, regionlararası əlaqələri gücləndirəcək qısa regional marşrutdur.