LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , Rostov vilayətində elektrovozun yandırılmasından sonra terror aktı ilə bağlı cinayət işi açılıb, üç yeniyetmə saxlanılıb, Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, dekabrın 14-də axşam saatlarında Rostov-Tovarnı stansiyasının dördüncü yolunda elektrovoz yandırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 3 azyaşlının cinayətdə iştirakını müəyyən edərək onları saxlayıblar.
Hadisə əsasında bir qrup şəxs tərəfindən törədilmiş terror aktı ilə bağlı cinayət işi açılıb. Müstəntiqlər tərəfindən dindirilərkən yeniyetmələr törətdikləri cinayətləri etiraf ediblər.
Hazırda hadisənin baş vermə şəraiti aydınlaşdırılır.