Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…
  • Ölkə

“Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…

LIVE PRESS 29/10/2025
“energy-china”-ilə-əməkdasligin-tarixi-qisa-olsa-da…

“Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…

Azərbaycan və Çin mütəxəssisləri birlikdə uzunömürlü layihələr gerçəkləşdirirlər 

Azərbaycanla Çin Xalq Respublikası arasında enerji əməkdaşlığının tarixi qısa olsa da, bu sahədə əlaqələrin getdikcə genişlənməsi gələcək nailiyyətlərdən xəbər verir. Çinin bir neçə  tanınmış  şirkəti ilə artıq uğurlu əməkdaşlıq qurulub ki, “China Energy Engineering Corporation Limited” (“Energy China”) də bu sıradadır.

Prezident İlham Əliyevin Çinə bu il  aprel ayındakı  dövlət səfərini xatırlayaq. Dövlətimizin başçısı aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited”  şirkətinin sədri Sonq Hailianq ilə görüşmüşdü. Görüşdə  şirkətin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulanmışdı.  Belə ki, bu  şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.

Sonq Hailianqın rəhbərlik etdiyi şirkətin Azərbaycanla birlikdə enerji  dəhlizlərində əməkdaşlığa aid  təkliflərinin  olduğunu deməsi və dövlətimizin başçısının bu  əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxunması  böyük perspektivlər vəd edir. Uzunmüddətli birgə enerji planlaşdırma layihəsi də diqqət mərkəzindədir. Qeyd edək ki, Prezidentimizin  Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanmışdır. 

Sözügedən görüş zamanı gələcəkdə “Energy China” ilə  birgə ölkəmizdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər də müzakirə olundu. Həmçinin şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. 

Bundan dörd ay sonra – cari il avqustun 31-də Prezident İlham Əliyev Çinə işgüzar səfəri  çərçivəsində Tiencin şəhərində “China Energy Engineering Corporation Limited”in rəhbərliyi ilə yenidən görüşdü. “Energy China”nın  prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirildi.

Bu xüsusda “Energy China”nın “yaşıl enerji” sahəsində, o cümlədən Azərbaycanda günəş-elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulandı.

Digər yeni layihələr barədə də söhbət getdi. Ni Cen ölkəmizdə tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirdi.

Hər görüş əməkdaşlıq yolunda irəliyə doğru bir addım, yeni layihələr deməkdir. Elə bu günlərdə energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Corporation Limited” şirkətinin vitse-prezidenti Lu Xunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş də bunu göstərdi. 

Görüşdə şirkətlə enerji sahəsində hərtərəfli strateji tərəfdaşlığa uyğun gündəlikdə olan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb. Prezident İlham Əliyevin istehlak və ixrac məqsədilə bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji” zonalarının yaradılması və bu sahədə Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasəti qeyd olunub. “China Energy Engineering Corporation Limited” şirkəti ilə çoxşaxəli əməkdaşlığın Azərbaycanda bərpaolunan enerjinin inkişafına yeni impuls verəcəyi vurğulanıb. Bu xüsusda yeni güclərin elektrik şəbəkəsinə inteqrasiya potensialının müəyyənləşdirilməsində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə həyata keçirilən tədqiqatların əhəmiyyəti, həmçinin “Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi”nin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı eləcə də dənizdə 200 MVt gücündə külək və quruda 160 MVt gücündə günəş enerjisi layihələri üzrə əməkdaşlığın cari vəziyyəti dəyərləndirilib. Növbəti addımlar müəyyənləşdirilib. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş-elektrik stansiyalarının inşası və avadanlıqlarla təchizatında şirkətin fəaliyyəti yüksək qiymətləndirilib. Bundan başqa, görüşdə Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında elektrik enerjisinin ötürülməsi layihələrinin inkişafı ilə bağlı məsələlər və şirkətlə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Energy China” tikinti və mühəndislik şirkətidir, elektrik stansiyalarının inşa edilməsi və onlar üçün avadanlıq istehsalı üzrə ixtisaslaşıb. Belə ki, bu şirkət bütün növ elektrik stansiyalarının layihələndirilməsi və tikintisi, avadanlıq istehsalı, alternativ enerji və su təchizatı, eləcə də sərmayəçiliklə məşğul olur.  Korporasiya kimi 10 ildir fəaliyyət göstərir, eyniadlı qrupun  yenidən qurulması sayəsində yaradılıb.

“Energy China” şirkətinin  147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir.

Flora SADIQLI,

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət kəsb edir  
Next: Arzusu vətənin azadlığı idi…

Related Stories

si-cinpin-və-tramp-busan-səhərində-cin-abs-munasibətlərini-muzakirə-edəcəklər
  • Ölkə

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər

LIVE PRESS 29/10/2025
sabirabadda-istehsal-olunan-gubrələr-xaricə-də-ixrac-ediləcək  
  • Ölkə

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

LIVE PRESS 29/10/2025
agdamin-xidirli-və-agdərənin-həsənriz-kəndlərinə-novbəti-koc-karvani-yola-salinib  
  • Ölkə

Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  

LIVE PRESS 29/10/2025
.
REKLAM YERI

Son Mesajlar

  • Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər
  • Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  
  • Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  
  • Arzusu vətənin azadlığı idi…
  • “Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər si-cinpin-və-tramp-busan-səhərində-cin-abs-munasibətlərini-muzakirə-edəcəklər 1
  • Ölkə

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər

29/10/2025
Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək   sabirabadda-istehsal-olunan-gubrələr-xaricə-də-ixrac-ediləcək   2
  • Ölkə

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

29/10/2025
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb   agdamin-xidirli-və-agdərənin-həsənriz-kəndlərinə-novbəti-koc-karvani-yola-salinib   3
  • Ölkə

Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  

29/10/2025
Arzusu vətənin azadlığı idi… arzusu-vətənin-azadligi-idi… 4
  • Ölkə

Arzusu vətənin azadlığı idi…

29/10/2025
“Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da… “energy-china”-ilə-əməkdasligin-tarixi-qisa-olsa-da… 5
  • Ölkə

“Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…

29/10/2025

Bir daha bax

si-cinpin-və-tramp-busan-səhərində-cin-abs-munasibətlərini-muzakirə-edəcəklər
  • Ölkə

Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər

LIVE PRESS 29/10/2025
sabirabadda-istehsal-olunan-gubrələr-xaricə-də-ixrac-ediləcək  
  • Ölkə

Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  

LIVE PRESS 29/10/2025
agdamin-xidirli-və-agdərənin-həsənriz-kəndlərinə-novbəti-koc-karvani-yola-salinib  
  • Ölkə

Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  

LIVE PRESS 29/10/2025
arzusu-vətənin-azadligi-idi…
  • Ölkə

Arzusu vətənin azadlığı idi…

LIVE PRESS 29/10/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Si Cinpin və Tramp Busan şəhərində Çin-ABŞ münasibətlərini müzakirə edəcəklər
  • Sabirabadda istehsal olunan gübrələr xaricə də ixrac ediləcək  
  • Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb  
  • Arzusu vətənin azadlığı idi…
  • “Energy China” ilə əməkdaşlığın tarixi qısa olsa da…
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.