Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  
  • Ölkə

Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  

LIVE PRESS 27/01/2026 5 minutes read
erməni-vandalizminin-daha-bir-qurbani-xudavəng-monastiri  

Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  

Ermənistan Respublikası 1992-2020-ci illər ərzində işğal altında saxladığı ərazilərimizdəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüquqlarını tətbiq etməklə, Azərbaycan mədəniyyətinin mənimsənilməsi istiqamətində düşünülmüş siyasət həyata keçirib. Ermənilər tərəfindən bu təhlükəli tendensiyanın tətbiqi, ilk növbədə Alban dövrü memarlıq abidələrinin daxili və xarici interyerini dəyişdirməkdən ibarət olub. Belə hiyləgər siyasətin mahiyyəti, ilk növbədə bu abidələri erməni mədəni irsinin nümunələri kimi dünyada təbliğ etmək idi. Ərazilər işğaldan azad edilsə belə, ermənilər öz yersiz iddialarından əl çəkmək istəmirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, erməni vandallığına məruz qalan tarix və mədəniyyət abidələrindən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksidir. Məbədin memarlıq xüsusiyyətləri onun Alban memarlığının tərkib hissəsi olduğunu göstərir. Xudavəng monastırı kompleksinə dini və dünyəvi xarakter daşıyan çox sayda müxtəlif ölçülü və müxtəlif dizayna malik tikililər daxildir ki, onların da bir çoxu işğal dövründə vandalizmə məruz qalıb, formaları dəyişdirilərək tanınmaz hala salınıb, bir qismi isə öz mövcudluğunu itirib. Qafqaz Albaniyası memarlıq abidələrinin tədqiqi göstərir ki, böyük ölçülü birnefli bazilikalar əsasən erkən orta əsrlərdə inşa edilib. Nadir hallarda VI–VII əsrlərdə də belə tikililərə rast gəlmək olur. Bu baxımdan Xudavəng monastır kompleksinə daxil olan bazilikanın VI əsrə aid olduğunu söyləmək mümkündür.

F.İsmayılov qeyd edib ki, bir zamanlar kompleksin adını daşımış (Dadivəng) Dadi və ya Dada, Həvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş” 70 həvaridən biri olub. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqədardır. Bu monastır kompleksinin yaradılmasında ermənilərin iştirakından söhbət belə gedə bilməz. Monastır kompleksi orta əsrlərdə Qarabağın mədəniyyət mərkəzlərindən biri olub. Monastır kompleksinə daxil olan çoxsaylı tikili və tikili qalıqları uzun əsrlər ərzində burada çoxsaylı monarxların iştirakı ilə təşkil olunmuş aktiv monastır həyatının mövcudluğunu deməyə əsas verir. Monastır kompleksinə daxil olan tikililər müxtəlif inşaat materiallarından, Azərbaycanın fərqli memarlıq üslublarında inşa edilib, tikililərin inşasında istifadə olunan oyma naxışlar, epiqrafik nümunələr və digər bəzəklərin heç birinin erməni memarlığına, erməni mədəniyyətinə aidiyyəti yoxdur. Ayrıca narteks-sovmə kimi inşa edilmiş Yepiskop Qriqor kilsəsi qərb tərəfdən Qədim bazilikaya birləşməklə kompleksin memarlıq ansamblında xüsusi yer tutur. Tikili özünəməxsus memarlıq xüsusiyyətlərinə malikdir. Onun dünyəvi-dini xarakteri memarlıq xüsusiyyəti və prinsipinə təsir etmişdir və buna görə də onun memarlıq obrazında yerli kənd evlərinin xüsusiyyətlərini görmək mümkündür. Yepiskop Qriqor kilsəsi əsrlər boyunca Yuxarı Xaçının knyaz nəsillərinin ailə türbəsi rolunu oynayıb. Məbədin döşəməsi bütünlüklə müxtəlif məzarların sinə daşları ilə örtülüb. Həmin daşların bir hissəsinin yazıları ermənilər tərəfindən silindiyindən oxunmaz hala düşüb və hazırda onların kimə məxsus olduğunu anlamaq mümkün deyil.

Alimin sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra ermənilər kilsənin divarlarına daxildən çoxsaylı xaçdaşlar əlavə ediblər. “Binanın günbəzinin maili yarımqövs forması dəyişdirilərək, altıguşəli ulduz formasına salınaraq hündürləşdirilib. Binanın damı öz formasına uyğun olmayan tərzdə iti üçbucaqlı planda işlənib, abidənin üstü qırmızı kirəmitlə bağlanıb. Bununla da Alban memarlığının bütün elementləri silinib, Yepiskop Qriqorun erməni olduğu barədə Ermənistan mətbuatında ağlasığmaz yalan iddialar irəli sürülüb. Halbuki, hazırda Yepiskop Qriqor kilsəsinin xarici interyerində onun əzəli formasına oxşarlıq tapmaq qətiyyən mümkün deyil. O zaman belə bir sual yaranır, əgər Yepiskop Qriqor kilsəsi ermənilərə məxsus idisə, onun xarici interyerini dəyişdirməyə nə lüzum var idi?”, – deyə F.İsmayılov əlavə edib.

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Arktika bölgəsi ekstremal hava dövrünə qədəm qoyur: “Geri qayıtmaq çox çətindir”
Next: Aİ-də WhatsApp-a daha sərt qaydalar tətbiq olunacaq

Related Stories

“azərbaycan-respublikasinin-vergi-məcəlləsində,-“tutun-və-tutun-məmulati-haqqinda”,-“reklam-haqqinda”-və-“tutun-məmulatlarinin-istifadəsinin-məhdudlasdirilmasi-haqqinda”-azərbaycan-respublikasinin-qanunlarinda-dəyisiklik-edilməsi-barədə”-azərbaycan-respub
  • Ölkə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub

LIVE PRESS 27/01/2026 0
“azərbaycan-respublikasinin-inzibati-xətalar-məcəlləsində-dəyisiklik-edilməsi-haqqinda”-azərbaycan-respublikasinin-2025-ci-il-30-dekabr-tarixli-334-viiqd-nomrəli-qanununun-tətbiqi-və-bununla-əlaqədar-azərbaycan-respublikasi-prezidentinin-bəzi-fərmanlarind
  • Ölkə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 334-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarınd

LIVE PRESS 27/01/2026 0
azərbaycan-respublikasi-prezidentinin-2005-ci-il-20-aprel-tarixli-226-nomrəli-fərmani-ilə-təsdiq-edilmis-“azərbaycan-respublikasinin-kənd-təsərrufati-nazirliyi-haqqinda-esasnamə”də-dəyisiklik-edilməsi-barədə
  • Ölkə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

LIVE PRESS 27/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”
  • Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb
  • Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi
  • Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil”

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri) gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri) 1
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

27/01/2026 0
Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik” sergen-yalcindan-transfer-sistemi:-“hansi-futbolcuya-getsək,-20-30-milyon-avro-odəyəcəyik” 2
  • Idman

Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”

27/01/2026 0
Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb serdal-adali-final-fitindən-sonra-“besiktas”in-transferləri-ucun-tarix-aciqlayib 3
  • Idman

Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb

27/01/2026 0
Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi qol-duelində-qalib-yoxdur.-eyupspor-və-besiktas-məglub-ola-bilmədi 4
  • Idman

Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi

27/01/2026 0
Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil” pep-qvardiola-“qalatasaray”dan-əvvəl-aciqlama-verdi:-“10-futbolcum-matcda-deyil” 5
  • Idman

Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil”

27/01/2026 0

Bir daha bax

gunun-idman-səhifələrindən-diqqət-cəkən-məqamlar-(27-yanvar-2026-ci-il-idman-xəbərləri)
  • Idman

Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)

Jurnalist 27/01/2026 0
sergen-yalcindan-transfer-sistemi:-“hansi-futbolcuya-getsək,-20-30-milyon-avro-odəyəcəyik”
  • Idman

Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”

Jurnalist 27/01/2026 0
serdal-adali-final-fitindən-sonra-“besiktas”in-transferləri-ucun-tarix-aciqlayib
  • Idman

Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb

Jurnalist 27/01/2026 0
qol-duelində-qalib-yoxdur.-eyupspor-və-besiktas-məglub-ola-bilmədi
  • Idman

Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi

Jurnalist 27/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Günün idman səhifələrindən diqqət çəkən məqamlar (27 yanvar 2026-cı il idman xəbərləri)
  • Sergen Yalçından transfer sistemi: “Hansı futbolçuya getsək, 20-30 milyon avro ödəyəcəyik”
  • Serdal Adalı final fitindən sonra “Beşiktaş”ın transferləri üçün tarix açıqlayıb
  • Qol duelində qalib yoxdur. Eyüpspor və Beşiktaş məğlub ola bilmədi
  • Pep Qvardiola “Qalatasaray”dan əvvəl açıqlama verdi: “10 futbolçum matçda deyil”
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.